Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibli qaş sabitləyicilər isə həssas dərilərdə qıcıqlanma yarada bilir. Mütəxəssislər, xüsusilə Omeqa-3 ilə zəngin kətan toxumu və nəmləndirici Hindistan qozu yağının qarışığından hazırlanan təbii gel vasitəsilə qaşları həm bəsləməyi, həm də onları gün boyu düzgün formada saxlamağı tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, bu qarışım tibbi müalicə əvəzi deyil; sadəcə qaşları nəmləndirməyə, sağlam görünməsinə və təbii şəkildə sabitlənməsinə kömək edən qulluq vasitəsidir.
Hazırlanması üçün lazım olanlar:
1 çay qaşığı kətan toxumu
Yarım çay stəkanı içməli su
Yarım çay qaşığı Hindistan qozu yağı
Hazırlanma qaydası:
Kətan toxumunu və suyu kiçik bir qaba tökün. Kısık odda təxminən 5-7 dəqiqə, qarışıq qatılaşaraq gel halına gələnə qədər qaynadın.
Qarışıq hələ isti ikən incə bir süzgəc və ya tənzif vasitəsilə süzün. Bu addım gel içində toxum qalıqlarının qalmaması üçün vacibdir.
Gel hələ ilıq ikən içərisinə Hindistan qozu yağını əlavə edib yaxşıca qarışdırın. Soyuduqca gel daha da qatılaşacaq.
Hazırladığınız geli təmiz və qapaqlı kiçik bir şüşə qaba köçürün.
Necə istifadə olunur?
Təmiz bir tuş fırçasını gelə batırın, artıq hissəsini kənarda silin və qaşlarınızı istədiyiniz istiqamətdə darayaraq tətbiq edin.
Gel qısa müddətdə quruyaraq qaşların təbii görünüşünü pozmadan sabit qalmasını təmin edir.
Vacib məqamlar:
Tərkibində konservant (qoruyucu maddə) olmadığı üçün bu təbii geli mütləq soyuducuda saxlayın.
Gigiyena və təravəti qorumaq üçün hazırladığınız qarışığı bir həftə ərzində istifadə edib bitirin.
Əgər rəngində, qoxusunda və ya qatılığında dəyişiklik hiss etsəniz, onu istifadə etməyin və yenisini hazırlayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
DÇ-2026: Daha bir 1/8 finalçı məlum oldu
-
Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)
-
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
-
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
-
Xırt-xırt pendirli çörək qızartması resepti
-
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
XƏBƏR LENTİ
-
DÇ-2026: Daha bir 1/8 finalçı məlum oldu
-
Məşhur türk müğənni Nuri Sərinləndiricinin mahnısı ilə videosunu paylaşdı - (Video)
-
Azərbaycanda avro və rubl bahalaşdı
-
Masallıda ağır qəza: 2 ölü, 2 yaralı
-
Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq
-
Hakim tiktoker Arzumun həbsi ilə bağlı açıqlama yaydı
-
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
-
Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək
-
Xırt-xırt pendirli çörək qızartması resepti
-
Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?
-
Mərhum nazirin müğənni gəlini ailəsi ilə belə dincəlir - (Fotolar)
-
Bu hədiyyələr yoxsulluq və bəxtsizlik gətirir: Varsa, tez atın
-
BMT-dən süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq
-
İmtahan kimi toy keçirəcəklər: Hamının telefonu yığılacaq
-
Tər çox güclü dərman imiş...
-
"Dərd anası olmuşam"
-
Yayın ən bahalı 10 transferi
-
Gilasın qurdlamaması üçün nə etməli?
-
Saçları məhv edən səhvlər
-
Atasının maşında unutduğu uşaq istidən ölüb
-
Tavada isgəndər kababı: Praktik və ləzzətli resept
-
Şeyx Xameneinin dəfnində iştirak etməyəcək - Səbəb açıqlandı
-
Günün qoroskopu: Səyahət etmək istəyiniz bugün artacaq
-
Sabah Yasamalda qaz kəsiləcək





