Repetitorluğu cəmiyyət olaraq özümüz populyarlaşdırırıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Repetitorluq niyə var və niyə ildən-ilə daha da populyarlaşır?
Cavab sadədir: ali məktəbə qəbul səbəbindən. Repetitorluq sisteminin yaranmasının əsas səbəbi məktəbdə verilən təhsilin yetərsiz olması deyil, ali məktəblərə qəbulun yüksək rəqabət şəraitində keçirilən seçim mexanizmi olmasıdır.
Bəs repetitor hazırlığı şagirdə əlavə dəyər qatırmı? Bu suala birmənalı "bəli" demək çətindir. Çünki repetitorun əsas məqsədi şagirdi həyata yox, imtahana hazırlamaqdır. İmtahandan uğurla keçmək isə heç də hər zaman keyfiyyətli təhsil və ya hərtərəfli inkişaf demək deyil.
Ən böyük yanlışlıqlardan biri də ali məktəbə qəbul nəticələrini məktəbin təhsil keyfiyyətinin əsas göstəricisi hesab etməkdir. Cəmiyyətdə belə fikir formalaşıb ki, məktəb keyfiyyətlidirsə, onun məzunları yüksək faizlə universitetə qəbul olmalıdır.
Bu məntiqlə yanaşsaq, o zaman sovet təhsil sistemini Azərbaycan tarixində ən zəif təhsil sistemi hesab etməliyik. Çünki o vaxt məktəblərin əksəriyyətindən hər il cəmi 3-5 nəfər ali məktəbə qəbul olurdu, digər məzunlar isə peşə məktəblərinə və ya əmək bazarına yönəlirdilər. Həmçinin qəbul faizini yeganə meyar hesab ediriksə, onda belə nəticə çıxır ki, bugünkü təhsil sistemi də öz növbəsində sovet təhsil sistemindən qat-qat keyfiyyətlidir. Halbuki hər iki nəticə eyni dərəcədə yanlışdır.
Repetitorluğu ildən-ilə populyar edən səbəb də yuxarıda qeyd etdiyimiz kimi məhz bu qəbul yarışıdır. Bu gün yüz minlərlə abituriyent təxminən 70-80 min yer uğrunda yarışır və bütün hazırlıq prosesi həmin yarışda daha çox bal toplamağa hesablanır. Burada məqsəd bilik qazandırmaqdan çox, imtahanın məntiqini öyrətməkdir.
Təhsilin keyfiyyətini hər kəs öz arşını ilə ölçməyə başlayanda isə ortaya qəribə mənzərə çıxır.
Mən cəmiyyətə faydalı olduğumu Dövlət İmtahan Mərkəzinin ildən-ilə ağırlaşan, real həyatda bəlkə də heç vaxt istifadə etməyəcəyim suallarını cavablandırmaqla sübut etməliyəmmi? Biliyin, əmək bazarında uğur qazanmağın, peşə bacarığının və layiqli vətəndaş olmağın yeganə ölçü meyarı budurmu?
Feilin hansısa şərt şəkilçisini əzbərləmək, dilçilikdə nadir işlənən anlayışları bilmək, ildən-ilə daha mürəkkəbləşən məntiq və riyaziyyat suallarını həll etmək və ya tarixdə hansısa qəbilə başçısının bir digər qəbilə başçısına nə dediyini xatırlamaq məni həyata hazırlayırmı? Yoxsa bunlar sadəcə imtahan zalında istifadə ediləcək və qısa müddət sonra unudulacaq məlumatlardır?
Əgər təhsilin keyfiyyətini yalnız universitetə qəbul göstəricisi ilə ölçəcəyiksə, onda məktəblərin bütün proqramını qəbul imtahanına uyğunlaşdıraq. Tədrisin məqsədi yalnız test həll etmək, bal toplamaq və qəbul olmaq olsun. O zaman əminliklə demək olar ki, 600 baldan yuxarı nəticə göstərənlərin sayı dəfələrlə artacaq. Amma bu, nə məktəbin missiyasıdır, nə təhsilin məqsədi, nə də bacarıq ölçüsü...
Məktəb insanı yalnız universitetə hazırlamamalıdır. Məktəb düşünməyi, öyrənməyi, ünsiyyət qurmağı, problem həll etməyi, əmək bazarında rəqabət aparmağı və cəmiyyətin faydalı üzvü olmağı öyrətməlidir. Təhsilin keyfiyyəti də məhz bunlarla ölçülməlidir.
Ali təhsil həm fərdin, həm də cəmiyyətin inkişafı üçün vacibdir. Ancaq ali təhsiləgedən yolun böyük ölçüdə əzbərçiliyə söykənməsi şagirdlərin bilik və bacarıqlarını hərtərəfli inkişaf etdirməyə imkan vermir. Nəticədə şagirdlər öyrənməkdən daha çox imtahandan uğurla keçməyə fokuslanırlar.
Hər uşağın öyrənmə tempi və potensialı eyni ola bilməz. Ancaq hər kəs maraq göstərdiyi sahədə peşəkar mütəxəssisə çevrilə bilər. Məhz buna görə də düzgün istiqamətləndirmə təhsil sisteminin ən vacib funksiyalarından biri olmalıdır.
Bu gün bütün şagirdləri eyni istiqamətə - ali məktəbə yönəldib, qəbul ola bilməyəndə isə məktəbi qüsurlu hesab etmək doğru yanaşma deyil. Yüksək bal toplayan uşaqların üstünlüyü daha güclü yaddaşa, daha çox səbrə, daha sistemli hazırlığa və ya daha tələbkar ailə mühitinə malik olmalarıdır. Onlar daha bilikli olduqları üçün deyil, oxuya bildikləri üçün ali məktəbə qəbul ola bilirlər.
Ali məktəbə qəbul üçün əldə olunan məlumatların böyük hissəsi isə çox keçmədən unudulur. Elə buna görə də universitetlər əsasən bilikli, bacarıqlı gəncləri deyil, daha çox imtahana hazırlaşmağı bacaran gəncləri qəbul etmiş olurlar. Halbuki cəmiyyətin ehtiyacı yüksək bal toplayanlardan daha çox, düşünə bilən, yaradıcı, bacarıqlı insanlaradır.
Təhsilin keyfiyyətini qəbul faizləri ilə deyil, yetişdirdiyi insanın həyata, əmək bazarına və cəmiyyətə nə qədər hazır olması ilə ölçə bildiyimiz gün, həm repetitorluğun rolu azalacaq, həm də məktəb öz əsl missiyasına daha çox yaxınlaşacaq.
ÇİNGİZ SƏFƏRLİ ƏYYAR OĞLU
XƏBƏR LENTİ
-
Qumralın səhhətində problem yarandı - Yataq görüntüsü müzakirə yaratdı - (Video)
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Yaponların sürətli paltar qurutma texnikası
-
İnsanlar yaşlandıqca yuxudan niyə daha tez oyanırlar?
-
“Çox nahaq yerə özün üçün yaşayırsan” - Nadir Qafarzadə
-
Dünyanın ən çox qazanan 10 futbolçusu
-
Dueyn Conson 22 kilo arıqladı - (Foto)
-
Qışda nə bişirək? – Hər evdə olan ərzaqlarla 6 resept
-
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - "Bunu uşaqlığıma bağışlayın"
-
Sürücülərin bilməli olduğu 10 hiylə: Xərciniz azalacaq
-
Yaşayış binasına daha iki mərtəbə əlavə olunur - Sakinlər narahatdırlar - (Video)
-
Şimali Koreya iddialarla çalxanır: Kim Çen Inın bacısı hakimiyyətə gəlir?
-
Bakıda dərs saatları dəyişdirilə bilər? – Ekspert rəyi
-
Parisdə komendant saatı elan olundu
-
Paltaryuyana 2 ədəd atın - elektrik xərcləri 2 dəfə azalır
-
Günün qoroskopu: Həyatınızda ani və müsbət bir dəyişiklik gözlənilir
-
Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
-
Bu gün iki zəlzələ qeydə alınıb - Güclü təkanlar gözlənilir? - (Video)
-
Peruda sərnişin təyyarəsi havaya qalxarkən alovlandı - (Video)
-
Kim Çen Inın öldüyü xəbəri yayılıb
-
Toral oynadı, komandası qalib gəldi
-
Ronaldu cərimə ödəyəcək
-
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - (Foto)
-
Tək qolu ilə tikintiyə aid hər işi bacarır - (Video)





