Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir - Kamaləddin Qafarov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə səfəri Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının yeni mərhələyə keçid etməsinin daha bir təsdiqi oldu."
Milli.Az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Onun fikrincə, Prezident İlham Əliyevin bu səfər münasibətilə mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. "Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz "yaşıl enerji" sahəsində də Avropanın mühüm tərəfdaşlarından birinə çevrilməkdədir. Bu isə Azərbaycanın beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Dünya enerji bazarında baş verən dəyişikliklər, iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin inkişafı qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi öz enerji strategiyasını zamanın çağırışlarına uyğun şəkildə yeniləyir. Dövlət başçısının bəyanatında səsləndirilən faktlar göstərir ki, ölkəmiz artıq təkcə neft və təbii qaz ixrac edən dövlət deyil, həm də gələcəyin təmiz enerji istehsalçılarından biri olmağa hazırlaşır."
Millət vəkili bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıması təsadüfi deyil: "Məlumdur ki, Avropa enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin genişləndirilməsi məqsədlərini də prioritet elan edib. Azərbaycanın həyata keçirdiyi layihələr isə məhz bu strateji məqsədlərlə üst-üstə düşür. Mövcud elektrik ötürücü xətlərinin modernləşdirilməsi və yeni enerji marşrutlarının yaradılması ölkəmizi Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirir. Bu yanaşma ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imicini daha da gücləndirir. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini məhz Bakı ilə müzakirə edir və Azərbaycanın bu sahədəki potensialını yüksək qiymətləndirir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və enerji ixracının şaxələndirilməsi ölkənin dayanıqlı inkişafına əlavə imkanlar yaradır. Bu proses Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "yaşıl enerji zonası" konsepsiyasının reallaşdırılmasına da mühüm töhfə verir".
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir - Kamaləddin Qafarov
-
Naxçıvanda hərbçi vəfat etdi
-
Ramanada şok torpaq fırıldaqçılığı: 11 nəfər hakim qarşısına çıxarılır
XƏBƏR LENTİ
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
-
Tramp Maskdan danışdı: "Ona məktub yazdım"
-
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
-
“Bu, artıq mümkün deyil, cəza müddətinin artırılması ilə bağlı şikayət verəcəyik” - Amalın bacısı
-
Tailandda 10 nəfərin öldüyü qəzanın görüntüsü - (Video)
-
Nazilə Səfərli ona mesaj yazan izləyicini polisə verdi - (Foto)
-
Repetitorluğu cəmiyyət olaraq özümüz populyarlaşdırırıq
-
Massimiliano Alleqrinin yeni iş yeri bəlli oldu
-
Şəkidə 5 nəfəri it dişlədi
-
Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir - Kamaləddin Qafarov
-
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı
-
Zaur Baxşəliyev: "Ağlım olsaydı, heç Günayla toy etməzdim"
-
Sabah 36 dərəcə isti olacaq
-
Birinci Qarabağ müharibəsinin itkin-şəhidinin qalıqları dəfn edilib - (Foto)
-
Dünya çempionatında daha 3 oyun keçiriləcək
-
Deyvi Çeyz bakterial meningit və qan infeksiyasına görə ölüb
-
Bir sıra qanunların "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna uyğunlaşdırılıb
-
Naxçıvanda hərbçi vəfat etdi
-
Bakıda avtobus ağaca çırpıldı: 11 yaralı var - (Video)
-
Ukraynanın Xalq artisti faciəli şəkildə öldü
-
Ermənistana 976 ton buğda göndərildi
-
“Vaxt gələcək Ofelya da Roza kimi əlçatmaz olacaq” - (Video)
-
Emin Talıbov yüksək vəzifəyə təyin olundu
-
Vüqar Əliyev həbs olundu





