İdman

"Qarabağ" yeni transferini açıqladı

3 İyul 2026 17:45
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdamın "Qarabağ" futbol klubu heyətini macarıstanlı oyunçu Bence Varkonyi ilə gücləndirib.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

24 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan sözləşmənin şərti və təfərrüatı hələ ictimaiyyətə açıqlanmayıb.

Qeyd edək ki, macarıstanlı müdafiəçi Bence Varkonyi 2024-cü ildən etibarən "Zalaeqerseq" komandasının şərəfini qoruyurdu.

Xatırladaq ki, Varkonyi Ağdam təmsilçisi üçün bu mövsümün sonu komandadan ayrılan Kevin Medinanın boşluğunu doldurmaq məqsədi ilə olduqca önəmli transfer hesab edilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.