Bakıda zəncirvari qəza: Yaralıların vəziyyəti açıqlandı - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az bildirir ki, Bakının Nizami rayonunda dörd avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, iyulun 2-də saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən çağırış qeydə alınıb.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən üç nəfər (iki qadın, bir kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən iki nəfər ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib", - deyə məlumatda bildirilir.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Oxu.Az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Mətbuat Xidmətinin baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib. O qeyd edib ki, zəncirvari qəza iyulun 2-də saat 19:50-də Qara Qarayev prospektində qeydə alınıb.
"Hadisə Rakif Səlifovun idarə etdiyi "Chevrolet" markalı 77-MM-144 dövlət nömrə nişanlı, Tapdıq Süleymanovun idarə etdiyi "Ford" markalı 77-KM-615 dövlət nömrə nişanlı, Almara Yusifovanın idarə etdiyi "Hyundai" markalı 99-KK-766 dövlət nömrə nişanlı və Tural Abışzadənin idarə etdiyi "Changan" markalı 77-XC-080 dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində baş verib.
Nəticədə "Chevrolet"in sürücüsü Rakif Səlifov, həmin avtomobildə olan sərnişin Fərqanə İsayeva və "Hyundai" markalı avtomobildə olan sərnişin Fidan Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyada Putinin reytinqi kəskin azaldı
-
"Qarabağ" yeni transferini açıqladı
-
Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Almaniyada gonbul polisi işdən çıxardılar
-
Ümüd Alməmmədova vəzifə verildi
-
"Kapital Bank" 116 filial, 51 şöbə və 1274 ATM-lə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
-
Hava yenidən pisləşəcək: Leysan və sel olacaq
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Coratda iki nəfər batıb, birinin meyiti tapıldı
-
Məşhur kosmetika brendində kanserogen maddə - İddia
-
Yurgen Klopp razılıq verdi: Millini çalışdıracaq
-
Gümrü maskaları yırtdı: Ermənilər hələ də nifrətdə qıvrılır
-
Bakıda zəncirvari qəza: Yaralıların vəziyyəti açıqlandı - (Foto)
-
Simonyanı parlamentdən belə yola saldılar - (Video)
-
Zeynəb Həsəni dəbdəbəli geyimi və lüks avtomobili ilə görüntüləndi - (Video)
-
Ailəsi ilk dəfə Yalçın Rzazadənin son sözünü açıqladı
-
Beynəlxalq Muğam Mərkəzində ənənəvi "Muğamat axşamı" layihəsinin 2025–2026-cı il mövsümünün yekun konserti keçirilib - (Foto)
-
Teymur Kərimov vəfat etdi
-
Nigar Alimova onlara vəzifə verdi
-
Bakıda "Changan" aşdı: Yaralananlar var - (Foto)
-
Sabah əsl dəniz havası olacaq
-
Xaçmaz rayonunda Əməkdar həkim Səyyaf Tağıyev 70 illiyi münasibətilə təltif olunub - (Foto)
-
Anar Abdullayev “Kəpəz”in yeni rəhbəri oldu





