"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Vasif Məhərrəmli Xalq artisti Gülyanaq Məmmədova və cənubi azərbaycanlı ifaçı, bəstəkar Mənsur Daneşvar ilə aralarında yaşanan anlaşılmazlığa aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, axşam.az-a açıqlama verən V. Məhərrəmli bildirib ki, qarşı tərəf ondan mahnı üçün 100 min manat tələb edib. Mübahisə isə V. Məhərrəmlinin Vəfa Şərifova ilə ifa etdiyi "Nazlanma" mahnısı ətrafında yaranıb.
Müğənni deyib ki, mahnıya görə bəstəkara qonorar ödəyib:
"Dedim ki, arada Gülyanaq xanım var, ondan xahiş edərəm. Qonorarı nədirsə, ödəyərik. Mahnını aranjimana verdik, klip çəkdik və efirə təqdim etdik. Xəbər göndərdi ki, gələcəyəm, mahnını dayandıracağam. Cavab verdim ki, gələrsən, söhbət edərik. Gülyanaq xanıma zəng vurdum. Mənə dedi ki, "Çətin adamdır". Ona dedim ki, bizdə hamı bir-birinin mahnısını oxuyur, məni üz-göz etmə, məhkəməyə düşən deyiləm. İndi Gülyanaq Məmmədovanın müsahibəsini gördüm, məsələlərin arxasında o durur. Açıqlamada yer alıb ki, guya deyirəm, hörmətini edərəm. Ola bilər ki, dost kimi "hörmətini edək" demişəm. O da gəldi bizdən 100 min manat tələb etdi. Sonra 70 min manata düşdü. Cavab verdi ki, xərcim çıxıb, çəkilişə 25 min manat vermişəm. Təbii ki, dediyi qonorarı vermədik. Başqa məbləğə razılaşdıq. Bu gün Azərbaycanda mahnının real qiyməti nədirsə ondan bir az artığını ödədik. Yəni, 5 min manat ödəyib, rəsmi razılıq aldıq və MESSAM-a göndərdik. Məsələ bununla bitdi".
Vasif Məhərrəmli ifa etdikləri mahnının "YouTube"da 3 milyondan çox baxış topladığını söyləyib:
"Deyirlər ki, onların ifasına 4 milyard baxış gəlib. 4 milyard baxışı heç Maykl Cekson da toplamayıb. Mahnını 10 aydır oxumusunuz, heç 500 min baxış olmamışdı. Biz oxuduq, baxış sayı 1 aya 3 milyonu keçdi. Deməli burada məsələ mahnı yox, biz ifaçılarıq. Bizdən əvvəl oxumuşdular, niyə baxış toplamadılar? Sübut üçün bir mahnı daha versinlər, hətta oxunmuş mahnı olsun. Biz yenidən oxuyaq və milyon baxış toplayacağımızı göstərək. Deməli, məsələ tək mahnıda deyil. Başa düşə bilmədim, əvvəlcə Gülyanaq Məmmədova mənimlə başqa cür danışdı, sonra isə belə müsahibə verdi.
Gülyanaq açıqlamada deyib ki, Mənsur deyir, o taylı-bu taylı Azərbaycan arasında bir mahnıya görə qalmaqal istəmirik. Axı siz heç də o taylı, bu taylı hərəkəti etmirsiniz. Gəlib 100 min pul istəyir. Can yandıran elə bu taydır. Mənim üçün elə bu tay var".
Qeyd edək ki, Gülyanaq Məmmədova və Mənsur Daneşvarın ifası "YouTube"da müxtəlif verilişlərdən götürülmüş görüntülərlə paylaşılıb. Mahnı kanallardan birində 800 min, digərində isə 131 min baxış toplayıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





