Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.
Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.
Məhkəmədə elan olunub ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri məhkəməyə təqdim olunub. Qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərcümə edilib, onların surətləri məhkəməyə və proses iştirakçılarına təqdim olunaraq iş materiallarına əlavə edilib.
Ardınca çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclası protokoluna verilmiş yazılı qeydlər məhkəmə tərəfindən araşdırılmalı, əsaslı hesab edildiyi halda təsdiqlənməli, əks halda isə onların rədd edilməsi barədə qərar qəbul olunmalıdır. İttiham tərəfi qeyd edib ki, müdafiə tərəfinin protokolla audioyazı arasında ziddiyyətə dair iddiası audioyazı ilə təsdiqini taparsa, qeydlər təsdiqlənməli, təsdiqlənmədiyi halda isə rədd edilməlidir. Bu əsasla məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul olunması xahiş edilib.
Zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclası protokollarına verilmiş qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini dəstəklədiklərini və bu məsələdə eyni mövqedən çıxış etdiklərini bildiriblər.
Daha sonra məhkəmə kollegiyası məhkəmə iclası protokolları ilə bağlı məsələyə dair qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdan məhkəmə kollegiyası sözügedən qeydlərin təsdiq olunmasını və iş materiallarına əlavə edilməsini qərara alıb. Qeyd olunub ki, protokolların məzmununda hər hansı uyğunsuzluq aşkar edilməyib.
Bu baxımdan da məhkəmə müdafiə tərəfinin qeydlərinin iş materiallarına əlavə edilməsini qanuni və əsaslı hesab edir.
Təqsirləndirilən Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən isə ona vəsatətlərin təqdim olunması üçün müvafiq imkanın yaradılacağını deyib.
Daha sonra çıxış edən Davit İşxanyan qəbul edilmiş qərara görə təşəkkürünü bildirib.
Ardınca o, çıxışını davam etdirərək ötən iclasda söylədiyi kimi bir daha özünü təqsirkar saymadığını qeyd edib.
Sonra David Babayanın müdafiəçisi məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsin təqdim etdiyi apellyasiya şikayətinin tam əsaslı olduğunu bildirib.
O, çıxışında D.Babayan barəsində çıxarılmış hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Fasilədən sonra təqsirləndirilən Davit İşxanyanın vəsatəti müdafiəçisi vasitəsilə tərcüməçiyə təqdim edilib.
Daha sonra çıxış edən təqsirləndirilən David Babayan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Gümrü maskaları yırtdı: Ermənilər hələ də nifrətdə qıvrılır
-
Tramp Maskdan danışdı: "Ona məktub yazdım"
-
Moldovanın Baş naziri istefa verdi
XƏBƏR LENTİ
-
Günel Mövludun Bakıya gələn həyat yoldaşı həbs edildi
-
Azərbaycan nümayəndə heyəti Xameneinin vida mərasimində iştirak edib (Foto)
-
Salyanda ağır qəza, sürücü yaralanıb (Foto)
-
"Mahnıya görə 100 min istədilər" - Vasif Məhərrəmli danışdı
-
“Fənərbaxça” Natan Akeni transfer edib
-
Cəlilabadda qaz olmayacaq
-
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
-
Ermənistan vətəndaşlarının vəsatətlərinə baxılıb (Foto)
-
Pərviz Yusifova yeni vəzifə verildi
-
Bərdə-Ağdam-Xankəndi yolunda ağır qəza - 5 nəfər xəsarət alıb
-
Ağdamdakı 350 minlik layihənin icraçısı Hadı Rəcəblinin oğlu oldu
-
Kevin Medina yeni klubunda təqdim olundu (Foto)
-
Rəqəmsal dünyada uşaqlar necə qorunacaq? – Yeni qanun layihəsi barədə təfərrüatlar
-
İlqar Altay “Arzum”un səs yazısını yaydı - VİDEO
-
Paşinyanın adı sərginin siyahısından çıxarıldı
-
Rusiyada Putinin reytinqi kəskin azaldı
-
"Qarabağ" yeni transferini açıqladı
-
Aparıcı Mətanət: "Bacım komaya düşürdü, onu xilas etdilər"
-
Prezident İlham Əliyevə ictimai etimadın əsasları: Azərbaycanın inkişaf modelinə baxış
-
Almaniyada gonbul polisi işdən çıxardılar
-
Ümüd Alməmmədova vəzifə verildi
-
"Kapital Bank" 116 filial, 51 şöbə və 1274 ATM-lə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır
-
Hava yenidən pisləşəcək: Leysan və sel olacaq
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...





