İdman

“Qarabağ” üçün tarixi MATÇ

18 Fevral 2026 09:00
Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində tarixi sınağa çıxır.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu ilk dəfə vəsiqə qazandığı bu raundda bu gün doğma azarkeşləri önündə İngiltərə təmsilçisi "Nyukasl" klubu ilə üz-üzə gələcək.

Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək. Oyunun baş hakimi Norveçdən olan FIFA referisi Espen Eskas olacaq.

Tərəflər arasında cavab matçı fevralın 25-də İngiltərədə baş tutacaq. Bu cütün qalibi 1/8 final mərhələsində "Çelsi" və ya "Barselona" ilə qarşılaşacaq.

Beləliklə, "Qarabağ"ı həm klub, həm də Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyan 90 dəqiqə gözləyir. Azarkeşlər isə komandadan növbəti tarixi uğuru gözləyirlər.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.