İdman

"Neftçi", "Kəpəz" və "Sumqayıt"a 26 minlik cəza

18 Fevral 2026 19:52
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Misli Premyer Liqasında çıxış edən "Kəpəz", "Neftçi" və "Sumqayıt" klubları cəzalandırılıblar.

Milli.Az xəbər verir ki, müvafiq qərar AFFA İntizam Komitəsinin son iclasında verilib.

Misli Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Kəpəz" - "Neftçi" görüşündə qeydə alınan qayda pozuntuları tərəflərin büdcəsinə ziyan vurub. Gəncə təmsilçisinin oyunçusu Məqsəd İsayev ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 matçlıq diskvalifikasiya edilib, klub isə buna görə 1 000 manat ödəyəcək.

Həmin qarşılaşmada "Kəpəz" tərəfdarlarının rəqibin ünvanına kütləvi təhqirlər səsləndirməsi cari mövsümdə dördüncü dəfə baş verdiyindən, klub əlavə olaraq 8 000 manat cərimə olunub. Analoji hal "Neftçi"də də yaşanıb və paytaxt təmsilçisi də azarkeşlərinin işlətdiyi təhqiramiz ifadələrə görə 8 000 manat məbləğində cərimələnib.

"Araz-Naxçıvan" - "Sumqayıt" oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığı üçün kluba 700 manat cərimə kəsilib. "Sumqayıt"ın forvardı Aleksandr Ramalinqom isə aqressiv davranış nümayiş etdirərək birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəza alıb və klubu 3 000 manat ziyana salıb.

Bundan başqa, "Sumqayıt" azarkeşləri tərəfindən rəqib komandanın və hakimlərin kütləvi şəkildə təhqir olunması səbəbindən klub əlavə olaraq 6 000 manat cərimə ödəyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.