Gədəbəy icra məmurları barəsində cinayət işi tamamlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gədəbəy rayon İcra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri barədə Ədliyyə Nazirliyindən daxil olmuş material və ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Milli.Az xəbər verir ki, ibtidai istintaqla Elxan Abbasov və Səbuhi Hüseynovun qeyd edilən vəzifələrdə işləyərkən öz qulluq mövqelərindən istifadə edərək 2021-2025-ci illər ərazində borc və aliment tələbi, habelə digər xüsusatlarla bağlı şöbəyə daxil olmuş icra işləri üzrə ayrı-ayrı şəxslərdən tələbkarlara ödəmək adı ilə aldıqları müxtəlif məbləğlərdə olmaqla külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə və rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elxan Abbasov və Səbuhi Hüseynova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlu: "Keçmiş baldızımla bacı kimiyəm"
-
Bu universitetdə müəllimlər kütləvi şəkildən işdən çıxarılır
-
Azərbaycan Kubokunda qol rekordu: 18 oyunda 107 qol vuruldu
-
Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar diyarı” sərgisi açılıb - (Foto)
-
Ermənistan sülh üçün zəruri addımlar atmalıdır - Ceyhun Bayramov
-
Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub - Sərəncam
-
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
-
Ağdam və Xocavəndin Quzeyxırman kəndinə növbəti köç olub - (Yenilənib)
-
30 həşərata 22,7 min manat ödənildi - Ölkəmizə gətirilmə səbəbi açıqlandı
-
Fanatı əməkdar artistə çətin anlar yaşatdı: "Ev ünvamı da tapıb" - (Video)
-
Fransada komendant saatı elan edildi
-
Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - (Yenilənib/Video)
-
Gömrük orqanlarında əməkdaşların rotasiyası üçün hüquqi əsas yaradılır
-
Şəhid Raqif İsayevin anası vəfat etdi
-
Dövlət Dəniz Akademiyasının idarəçiliyi ona həvalə edildi
-
Rusiyada siçan qızdırması yayılır: 1500-dən çox yoluxma qeydə alındı
-
Media və Yayım Şurasında Liberiyanın informasiya nazirinin müavini ilə ikitərəfli görüş keçirilib - (Foto)
-
“Var Mısın Yok Musun”da Zeynəbin gülüşü diqqət çəkdi - (Video)
-
Bakıda 55 min manata yaxın dələduzluq - Saxlanılan var
-
Ermənistan yanacağı hansı ölkələrdən gətirir?
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı





