"Deyirdilər ki, gözüm aydın dövlət qurumlarının solistisən"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Sahib İbrahimov illər sonra etdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi "Öz Aramızda" proqramında qonaq olarkən keçmiş illərlə bağlı maraqlı və eyni zamanda düşündürücü etiraflar edib. O bildirib ki, vaxtilə dövlət qurumlarında solist kimi fəaliyyət göstərməsinə baxmayaraq, televiziya efirlərinə çıxmaq onun üçün heç də asan olmayıb.
İbrahimov qeyd edib ki, o, Azərbaycan Dövlət Muğam Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı və Həzi Aslanov adına Hərbi Ansambl kimi nüfuzlu sənət ocaqlarının solisti olub. Buna baxmayaraq, televiziya rəhbərlərinə müraciət etdikdə müsbət cavab ala bilmədiyini deyib.
Müğənninin sözlərinə görə, o dövrdə efirə çıxmaq üçün əsas şərtlərdən biri maddi imkanlarla bağlı olub:
"Televiziyalara müraciət edəndə rəhbər şəxslər deyirdi ki, 'gözümüzün iki-si aydın', amma bəzi müğənnilər keçmişini danışmırdı deyə efirə buraxılmırdı. Maddi səbəblərə görə efirə çıxmaq mümkün olmurdu. Verilişin 'qiymətini' ödəməlisən deyirdilər".
Sahib İbrahimov əlavə edib ki, bu hallar xüsusilə 20-25 il əvvəl daha qabarıq hiss olunurdu və nəticədə bir çox istedadlı sənətçilər tanınmaq imkanı əldə edə bilməyib:
"İndi tanınmaq daha rahatdır, istedadlı insanlar efirə çıxa bilir. Amma o vaxt hər şey maddiyyata bağlı idi. Çox istedadlar itib getdi".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin fikirlərini dəstəkləyərək, keçmişdə efir siyasətində mövcud olan problemlərin bir çox istedadın üzə çıxmasına mane olduğunu bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





