İnsan alveri şəbəkəsi ifşa olundu: İki nəfər tutuldu - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Milli.Az-a verilən məlumata əsasən, keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.
E.Q ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində sayt vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.
Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
FHN xilasediciləri sıxılmış sürücünü avtomobildən çıxardı - VİDEO
-
Bakıda mənzili talayan qardaşlar və onların əlbir olduğu şəxs saxlanıldı
-
İrandan Azərbaycana 20 kq narkotik keçirmək istədilər
-
Güclü külək nəticəsində paytaxtda 41 ağac sınıb - FOTO
-
4 tondan artıq çətənə kolu məhv edilib
XƏBƏR LENTİ
-
Naxçıvanda selə düşən şəxs xilas edilib - VİDEO
-
"O sevgidə həm cəsarət, həm də sığınacaq var" - FOTO
-
"İlk uşağın doğulması üçün ideal yaş müəyyənləşdi" - Alimlərdən açıqlama
-
Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
-
Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
"Oğlum futbol oynamaq istəmir"
-
Asan ev paxlavası dadında şərbətli şirniyyat resepti
-
Tacir Şahmalıoğlu toyda xanımına elə hərəkət etdi ki... - FOTO
-
PSJ - "Arsenal": Heyətlər açıqlandı
-
Xalq artistinin təmtəraqlı yubileyi - VİDEO
-
Arne Slot istefaya göndərildi
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb





