Ən çox allergiyaya səbəb olan giləmeyvələr - Mütəxəssislərdən xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Giləmeyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər. Allergoloqlar bildirirlər ki, xüsusilə çiy halda istehlak olunan bəzi giləmeyvələr immun sisteminin həddindən artıq reaksiyasını tətikləyə bilir.
Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ən çox allergiya ilə əlaqələndirilən giləmeyvə növü çiyələkdir. Çiyələyin tərkibində olan müəyyən zülallar bəzi insanlarda ağızda qaşınma, dəri səpgiləri, öskürək, nəfəs darlığı və nadir hallarda anafilaktik şok kimi ağır reaksiyalar yarada bilər. Araşdırmalar göstərir ki, çiyələk allergiyası xüsusilə uşaqlarda daha çox müşahidə olunur.
Moruq da allergik reaksiyalara səbəb ola bilən giləmeyvələr sırasındadır. Alimlər moruğun tərkibində müxtəlif allergen zülalların olduğunu və bəzi insanlarda digər meyvələr və ya ağac tozcuqları ilə çarpaz reaksiyalar yarada bildiyini bildirirlər.
Bundan əlavə, böyürtkən və qaragilə allergiyaları daha nadir hesab edilsə də, bu hallara da rast gəlinir. Xüsusilə ağcaqayın tozcuqlarına qarşı həssaslığı olan şəxslərdə bəzi giləmeyvələr ağız boşluğunda qaşınma və boğazda narahatlıq yarada bilər. Bu vəziyyət "oral allergiya sindromu" kimi tanınır.
Həkimlər qeyd edirlər ki, giləmeyvə qəbulundan sonra qaşınma, səpgi, şişkinlik, nəfəsalma çətinliyi və ya başgicəllənmə kimi əlamətlər yaranarsa, dərhal tibbi yardıma müraciət edilməlidir. Allergiyanın dəqiq səbəbini müəyyənləşdirmək üçün isə xüsusi testlərdən keçmək tövsiyə olunur.
Mütəxəssislər vurğulayırlar ki, giləmeyvə allergiyası ümumilikdə geniş yayılmış olmasa da, risk qrupuna daxil olan şəxslər bu məhsulları ehtiyatla istehlak etməli və mümkün reaksiyalara qarşı hazırlıqlı olmalıdırlar.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
XƏBƏR LENTİ
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolu vurur - Yenilənir
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb
-
Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
-
Bakı İcra Hakimiyyətində dəyişikliklər: Yeni təyinatlar...
-
Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
-
Robert Pattinson Yeni Ceyms Bond seçildi
-
Kvaratsxeliya yeni peşəyə keçir
-
"Əvvəl alma-çörək yeyirdim, indi kürü..." - Nadir Qafarzadə
-
Londonda magistr təhsili aldı, Qarabağ Universitetində müəllim oldu





