İdman

"Oğlum futbol oynamaq istəmir"

30 May 2026 20:33
Baxış: 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Betis"in yarımmüdafiəçisi İsko azyaşlı oğlunun futbol oynamaqdan imtina etdiyini bildirib.

Milli.Az xəbər verir ki, təcrübəli futbolçu oğlunun onun zədəli halda çəkdiyi əziyyətləri gördüyü üçün bu qərara gəldiyini deyib: 

"Balaca oğlum mənə futbol oynamaq istəmədiyini söylədi. Qoltuqağacı ilə gəzdiyim vaxtlarda çox əziyyət çəkdiyimi görmüşdü və atasını bir daha belə görmək istəmir".

Qeyd edək ki, İskonun 2023-cü ildə azad agent kimi transfer olunduğu "Betis"lə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir. İspaniyalı oyunçu zədə səbəbindən 2025/2026 mövsümündə meydana çıxdığı 9 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. (qol.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.