Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm adamları yundan əldə edilən keratin zülalı vasitəsilə sümük sağalmasını sürətləndirən və bərpa edən yeni bioloji material hazırlayıblar. Heyvanlar üzərində aparılan sınaqlarda bu keratin membranların zədələnmiş nahiyələrdə keyfiyyətli sümük toxuması formalaşdırdığı və təbii sümük strukturuna çox yaxın bir quruluş ortaya çıxardığı müəyyən edilib.
Milli.Az xəbər verir ki, sümük toxumasının, xüsusilə böyük zədələnmələrdən sonra öz-özünü bərpa etməsi həmişə asan olmur. Stomatologiya, çənə cərrahiyyəsi və regenerativ təbabətdə illərdir bu prosesi dəstəkləmək üçün kollagen əsaslı zarlardan istifadə edilir. Lakin kollagenin davamlılıq müddətinin az olması və istehsalının baha başa gəlməsi alimləri fərqli və daha güclü bir mənbəyə - yuna yönəldib.
Saç, dırnaq və yunun tərkibində olan güclü keratin zülalı xüsusi laboratoriya şəraitində işlənərək dözümlü membranlara çevrilib. Tədqiqatın gedişatı və heyrətamiz nəticələri:
Keratin zarlar ilk olaraq laboratoriyada insan sümük hüceyrələri ilə test edilib və hüceyrələrin bu səth üzərində uğurla çoxaldığı müahidə olunub.
Daha sonra bu material öz-özünə bitişməyəcək dərəcədə böyük kəllə sümüyü zədəsi olan heyvan modellərində yoxlanılıb. Bir neçə həftəlik müşahidələr keratin zarların zədəli nahiyədə sürətlə yeni sümük yaratdığını göstərib.
Ən diqqətçəkən məqam isə odur ki, köhnə üsul olan kollagen zarlar kəmiyyət olaraq daha çox sümük fəaliyyəti nümayiş etdirsə də, keratinlə formalaşan sümük toxuması daha nizamlı, struktur baxımından daha stabil və sağlam təbii sümüyə daha çox bənzər olub.
Keratin zarların kəşfi təkcə tibbi deyil, həm də ekoloji cəhətdən böyük əhəmiyyət kəsb edir. Yun təbii, bərpa olunan bir qaynaqdır. Üstəlik, kənd təsərrüfatı və heyvandarlıq sektorunda bəzi yun növləri yararsız hesab edilərək tullantıya çevrilir. Yundan keratin əldə edilməsi tibbi material istehsalında həm ekoloji təmiz, həm də kütləvi istehsala uyğun ucuz bir alternativ təklif edir.
Elm adamlarının fikrincə, bu uğur gələcəkdə stomatologiya, üz-çənə cərrahiyyəsi və sümük transplantasiyası müalicələrində kollageni tamamilə əvəz edə bilər. Bu texnologiyanın insan xəstələrdə tətbiq olunmasından əvvəl təhlükəsizlik və uzunmüddətli klinik effektivlik testlərinin tamamlanması üçün bir qədər də zamana ehtiyac var. Lakin nəticə etibarilə, yunun gələcəkdə təkcə tekstil (toxuculuq) sənayesində deyil, insan ömrünü uzadan və sümükləri sağaldan qabaqcıl tibb sahəsində də mühüm rol oynayacağı dəqiqləşib.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qızları Rəvanın toyunda - VİDEO
-
Çempionlar Liqasının finalından öncə kütləvi dava
-
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
-
"AZAL" Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi uçuşları bərpa edib
-
Paşinyanın reytinqi Kremldə narahatlıq yaratdı - Son sorğu
-
Yundan istifadə edərək sümüklərimizi bərpa etmək mümkündür: Tibdə inqilabi kəşf
-
Rəvan Qarayevin toyundan görüntülər - FOTO
-
Azərbaycandakı müharibə əlillərinin rəsmi sayı açıqlandı
-
DİM məlumat yaydı
-
Qurban Qurbanov qərarını VERDİ
-
Kamilo Duran transferi maliyyə mübahisəsi yaratdı
-
İrandan İsrailə sərt BƏYANAT
-
Azərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
-
Siyəzəndə körpü uçdu
-
Ədliyyə Nazirliyi tender elan edib
-
Əməkdar artist vəsiyyətini açıqladı
-
PSJ - Arsenal oyununu bu kanallardan izləyə bilərsiniz
-
Mərkəzi Bank təlim xidmətləri üçün tender elan etdi
-
“Qarabağ” “Beşiktaş”la qarşılaşa bilər
-
Bu tarixə qədər qarpız yeməyin
-
Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
-
Qabiliyyət imtahanlarına qeydiyyat üçün son günlər
-
Məşhur futbolçu saxlanıldı
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq





