İdeal yuxu vaxtına diqqət edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər bildirirlər ki, keyfiyyətli və kifayət qədər yuxu sağlam həyatın əsas şərtlərindən biridir.
Milli.Az xəbər verir ki, böyüklər üçün gündə orta hesabla 7-9 saat yuxu tövsiyə olunur. Yuxu zamanı orqanizm bərpa olunur, beyin dincəlir və immun sistemi güclənir.
Qeyri-kafi yuxu isə yorğunluq, diqqət dağınıqlığı, stress, əsəbilik və hətta ürək-damar problemləri riskini artıra bilər. Davamlı yuxusuzluq həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərir.
Həkimlər hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan əvvəl telefondan uzaq durmağı və rahat yuxu mühiti yaratmağı məsləhət görürlər.
Kifayət qədər yatmaq sağlamlıq üçün nə qədər vacibdirsə, normadan artıq yatmaq da bir o qədər zərərli ola bilər. ABŞ-ın Kolumbiya Universitetinin apardığı və "Nature" jurnalında yayımlanan yeni araşdırmada sağlamlıq üçün "qızıl yuxu intervalı" müəyyən edilib.
Təxminən 500 min könüllünün iştirak etdiyi araşdırmada hər bir orqanın hansı sürətlə yaşlandığı ölçülüb. Nəticələr göstərib ki, həm az, həm də həddindən artıq yuxu beyin, ürək və immun sistemi daxil olmaqla, demək olar ki, bütün orqanizmin daha sürətli qocalmasına səbəb olur.
Araşdırmaya əsasən, 6-7 saat arası keyfiyyətli yuxu ən ideal müddət hesab olunur. Mütəxəssislər yaxşı yuxu üçün yataq otağının sərin, səssiz və qaranlıq olmasının vacibliyini vurğulayıblar. Həmçinin telefon istifadəsinin gec saatlarda dayandırılması tövsiyə edilir.
Araşdırmada qadınların kişilərlə müqayisədə gecə orta hesabla 15 dəqiqə daha çox yatmalı olduğu qeyd olunub. Alimlər bu fərqin hormonal və fizioloji səbəblərlə əlaqəli olduğunu bildiriblər.
Kifayət qədər yuxunun qadınlarda hormon balansına müsbət təsir etdiyi və onların gün ərzində özlərini daha xoşbəxt hiss etdikləri müəyyən olunub. Bəzi araşdırmalar isə yuxunun depressiyaya qarşı qoruyucu təsir göstərdiyini ortaya qoyub./axsam.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia - (Video)
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr
-
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
XƏBƏR LENTİ
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib





