Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1971-ci ildə Stüart Rusa "Apollon-14" missiyasının komanda modulunun pilotu kimi qeyri-adi təcrübə həyata keçirib. O, özü ilə Aya yüzlərlə ağac toxumu aparıb. Missiyadan sonra həmin toxumlar Yerə qaytarılıb və əkilib.
Milli.Az xarici mediaya istinadla bildirir ki, bu toxumlar əslində Ay səthinə toxunmayıb. Onlar Rusa ilə birlikdə "Kitty Hawk" adlı komanda modulunda olub. Lakin toxumlar Ay ətrafında dövrə vuraraq yenidən Yerə qayıdıb və sonradan zahirən adi görünən, amma qeyri-adi kosmik tarixçəyə malik ağaclara çevrilib.
Buna görə həmin ağaclara "Ay ağacları" adı verilib. Onların bir hissəsi bu gün də məhkəmə binalarının, məktəblərin, ştat qanunverici orqanlarının, NASA mərkəzlərinin, parkların, universitetlərin və memorial məkanların yaxınlığında qalmaqdadır. Onların kölgəsində gəzən insanların çoxu isə sadəcə şam, çinar, likvidambar, sekvoya və ya Duqlas küknarı gördüyünü düşünür.
Toxumlar çeşidlənərək kiçik paketlərə yerləşdirilmiş, möhürlənmiş və Stüart Rusanın şəxsi dəstindəki metal konteynerə qoyulmuşdu. Müqayisə aparmaq üçün eyni toxumların bir hissəsi Yer kürəsində saxlanılmışdı.
"Apollon-14" missiyası Yerə qayıtdıqdan sonra uçuşdan sonrakı dezaktivasiya prosesi zamanı toxum paketləri partlayıb. Toxumlar kameranın içərisinə səpələnərək vakuumun təsirinə məruz qalıb. Bir anlıq eksperimentin uğursuz olduğu düşünülsə də, sonradan toxumlar toplanıb və cücərdilməyə çalışılıb.
Hyuston şəhərində yetişdirilən ilk tinglərin bir hissəsi uyğun şərait olmadığından məhv olub. Sağ qalan toxumlar isə daha yaxşı təchiz edilmiş meşə təsərrüfatı stansiyalarına göndərilib.
Cənub iqliminə uyğun növlər (çinar, ladan şamı və likvidambar) Qalfport şəhərinə, sekvoya və Duqlas küknarı isə Pleservil şəhərinə göndərilib. Burada çoxsaylı toxumlardan, daha sonra isə şlamlardan sağlam tinglər yetişdirilib.
Nəticə isə gözlənildiyindən daha adi olub. Yer üzündə saxlanılan nəzarət toxumları ilə müqayisədə nə görünüşdə, nə də inkişaf tempində ciddi fərq aşkar edilməyib. "Ay ağacları" Yer mənşəli analoqları ilə eyni görünürdü. Eksperimentin əsas məqsədi də məhz bu idi: kosmos onların görünüşünü dəyişməyib, onları qəribə, cır və ya fərqli formalı etməyib./Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"
-
Prezident: Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
-
Tramp İlon Maskı mükafatlandırdı
-
İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
-
Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
-
“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)
-
Kukla Teatrının əməkdaşından şikayət – “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər”
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Daha 3 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
"Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik"





