İdman

Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı

29 May 2026 22:46
Baxış: 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının reytinqini dərc edib.

Milli.Az xəbər verir ki, dəyəri 9.5 milyard dollar qiymətləndirilən "Real Madrid" klubu siyahıya ardıcıl beşinci ildir başçılıq edir.

Ümumilikdə siyahıda 30 komanda yer alıb ki, onların ümumi dəyəri rekord həddə - 87 milyard dollara çatıb. Bir klubun orta qiyməti 2.9 milyard dollar təşkil edir ki, bu da ötən illə müqayisədə (2.4 milyard dollar) 21% çoxdur.

Ən bahalı klubların ilk onluğuna, həmçinin aşağıdakı komandalar daxil olub:

"Barselona" (İspaniya) - 7.5 milyard dollar;

"Mançester Yunayted" (İngiltərə) - 7.2 milyard dollar;

"Liverpul" (İngiltərə) - 6.2 milyard dollar;

PSJ (Fransa) - 5.8 milyard dollar;

"Bavariya" (Almaniya) - 5.7 milyard dollar;

"Mançester Siti" (İngiltərə) - 5.5 milyard dollar;

"Arsenal" (İngiltərə) - 5.4 milyard dollar;

"Çelsi" (İngiltərə) - 4.2 milyard dollar;

"Tottenhem" (İngiltərə) - 3 milyard dollar.

Reytinqdə klublarının sayına görə İngiltərə Premyer Liqası 11 klubla lider olub. Qeyd edək ki, başa çatan mövsümdə "Real" son beş ildə ilk dəfə olaraq heç bir titul qazana bilməyib./Oxu.Az 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.