Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çində məşhur bloqer itlə bağlı faciəli hadisə böyük rezonans doğurub. Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan Çutou adlı border-kolli oğurlanıb, daha sonra isə onun kəsilərək yeyildiyi məlum olub.
Border-kolli cinsindən olan Çutou səkkiz il ərzində tanınmış səyahət bloqeri Quonun sadiq yol yoldaşı olub. Onlar birlikdə ölkənin müxtəlif bölgələrinə səyahət edib, çoxsaylı mənzərəli yerləri gəziblər. Məhz bu səfərlər itin sosial media hesabına böyük populyarlıq qazandırıb. Milyonlarla çinli ağıllı və yaraşıqlı border-kollinin macəralarını izləyirdi. Çutou təkcə ev heyvanı deyil, həm də ailənin bir üzvü və gəlir gətirən internet siması hesab olunurdu.
Hadisə mayın 11-də baş verib. Məlumata görə, it adətən sahibinin atası tarlada işləyəndə, onun yanında olurmuş. Lakin həmin gün qəfil yoxa çıxıb. Ailə dərhal təşvişə düşərək polisə müraciət edib və heyvanın tapılmasına kömək edəcək etibarlı məlumat üçün mükafat vəd edib.
Polis ərazidəki müşahidə kameralarının görüntülərini araşdırmağa başlayıb. Qısa müddət sonra videolarda skuterlə hərəkət edən bir kişi və qadının iti götürərək naməlum istiqamətə apardığı müəyyən olunub.
Axtarışlar iki həftə davam etdikdən sonra hüquq-mühafizə orqanları Çutounu küçədən götürən şəxsi müəyyən edib. Saxlanılan şəxs ifadəsində itin sahibsiz olduğunu düşündüyünü və buna görə sahibini axtarmadan onu vasitəçiyə satdığını bildirib. Sosial şəbəkə ulduzu olan itin cəmi 25 ABŞ dollarına satıldığı məlum olub.
Lakin ən ağır xəbər bundan sonra ortaya çıxıb. İstintaq zamanı məlum olub ki, vasitəçi itə yeni sahib axtarmaq əvəzinə onu ət üçün kəsib. Beləliklə, Çutou yeyilib.
Səkkiz illik dostunun dəhşətli aqibətini öyrənən bloqer Quo emosiyalarını saxlaya bilməyib. Hazırda polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Çutoun sahibi artıq təqsirkar şəxslərə qarşı iddia qaldırmaq üçün zəruri sənədləri toplamağa başlayıb. O, itin yalnız cins heyvan kimi bazar dəyərini deyil, həm də milyonlarla izləyicisi olan məşhur internet siması kimi yüksək kommersiya dəyərini sübut etməyi planlaşdırır.
Əgər məhkəmə vurulan zərərin böyük və ya xüsusilə böyük həcmdə olduğunu müəyyən etsə, şübhəliləri təkcə inzibati cərimələr deyil, həm də real cinayət məsuliyyəti gözləyə bilər. Çində bu cür hüquq pozuntularına görə cəzaların kifayət qədər sərt olduğu bildirilir./Lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
Psixiatriya xəstəxanasında meyit tapıldı
-
Lalə xəstəxanada ölməyib - TƏBİB-dən açıqlama - Yenilənib - Foto
-
39 yaşlı kişi maşında öldü
-
Daşkəsəndə sel suları: İri qaya parçaları kəndin yolunu bağladı - (Foto)
XƏBƏR LENTİ
-
Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
-
Bu şəhərdə velosiped sürmək qadağan edildi
-
Azərbaycanın boks millisi Avropa çempionatını 2 medalla başa vurub
-
FIFA Argentina milli komandasını cəzalandırıb
-
MİQ-in müsahibə mərhələsi başlayır
-
15 saniyəlik video, milyonlarla pul: - TikTok necə varlandırır?
-
Azərbaycanlı şoumen aliment pulunun azaldılmasını istəyir
-
Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
-
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
-
Bakının üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
-
“ABŞ ilə münaqişəni indi bitirsək yaxşıdır”
-
Ramil Şeydayev oynadı, komandası qələbə qazandı
-
Portuqaliyada niqaba qadağa qoyuldu
-
Anar Nəcəfliyə yeni vəzifə verildi
-
Mabel Matizlə bağlı qərar verildi
-
""Qarabağ"ın "Tvente"ni keçmək şansı 70 faizdir"
-
Rusiyada azərbaycanlı diaspor lideri saxlanıldı - (Video)
-
Şimali Koreya nəhəng raketini Rusiyaya verdi
-
BOKT-un vəzifəli şəxsləri cərimələndi
-
Agentlikdən məktəbli forması ilə bağlı valideynlərə müraciət
-
Azərbaycan-Özbəkistan münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək - Sahil Kərimli
-
Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları keçirilib - (Foto)
-
Bakıda 3 poliklinika birləşdirilir – Rəsmi





