İdman

"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı

29 May 2026 19:35
Baxış: 185
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Karvan-Yevlax" futbol klubu baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb.

Milli.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

"Baş məşqçimiz Füzuli Məmmədovla müqavilə müddətinin başa çatması ilə əlaqədar əməkdaşlığımızın sona çatdığını bildiririk. Füzuli müəllim klubumuzda çalışdığı müddətdə peşəkarlığı, zəhməti və komandaya bağlılığı ilə Karvanın inkişafına öz töhfəsini verib. Klubumuz adından ona göstərdiyi xidmətlərə və çəkdiyi əməyə görə təşəkkürümüzü bildiririk.

Füzuli Məmmədova gələcək karyerasında uğurlar, yeni nailiyyətlər və möhkəm can sağlığı arzulayırıq. Onun "Karvan-Yevlax"ın tarixində öz yeri var və xidmətləri hər zaman hörmətlə xatırlanacaq", - deyə məlumatda bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.