II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan professional musiqi sənətinin şah əsərlərindən olan dahi bəstəkar Üzeyir Hacıbəylinin möhtəşəm "Koroğlu" operası tamaşaçılarla görüşə gəldi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında 28 may tarixində nümayiş olunan bu möhtəşəm səhnə əsəri qəhrəmanlıq ruhu, zəngin musiqisi və möhtəşəm səhnə həlli ilə sənətsevərlərə unudulmaz anlar yaşatdı.
Eyni zamanda, II Opera Günləri layihəsinin açılış mərasimi məhz "Koroğlu" operası ilə baş tutdu. Layihənin açılışında təqdim olunan tamaşa milli opera sənətinin zəngin ənənələrini və Azərbaycan musiqi mədəniyyətinin yüksək bədii dəyərlərini bir daha nümayiş etdirdi.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Hafiz Quliyev oldu. Quruluşçu rəssamlar SSRİ Xalq rəssamı Tahir Salahov və Əməkdar mədəniyyət işçisi Tehran Babayev, quruluşçu baletmeyster isə SSRİ Xalq artisti Qəmər Almaszadə idi. Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idi.
Tamaşada Koroğlu (Rövşən) obrazını Xalq artisti Yusif Eyvazov, Nigar obrazını isə Əməkdar artist Afaq Abbasova canlandırdı. Həsən xan rolunu Mahir Tağızadə ilk dəfə ifa etdi. Ehsan paşa obrazında Fəhmin Əhmədli, İbrahim xan rolunda Nazim Mahmudov, Həmzə bəy obrazında isə Əməkdar artist Tural Ağasıyev çıxış etdilər.
Alı rolunu Xalq artisti Əkrəm Poladov, Təlxək obrazını isə Əməkdar artist Əliəhməd İbrahimov təqdim etdi. Polad rolunu Mirəli Sarızadə ilk dəfə ifa etdi. Eyvaz obrazını Nəzər Bəylərov, Xanəndə qız rolunu isə Xalq artisti Nəzakət Teymurova canlandırdı. Əyanlar obrazlarında Məhəmməd Şəmmədov və Cavidan İsayev (ilk ifa) çıxış etdilər. Carçı rolunu da Əməkdar artist Əliəhməd İbrahimov ifa etdi.
Milli opera sənətimizin ən möhtəşəm nümunələrindən biri hesab olunan "Koroğlu" operası tamaşaçılara qəhrəmanlıq, sevgi və mübarizə ruhunun harmoniyasını təqdim etdi. Səhnədə bir araya gələn peşəkar yaradıcı heyət və tanınmış ifaçılar əsərin ideya-bədii gücünü yüksək sənətkarlıqla nümayiş etdirdilər.
Musiqi, səhnə estetikası və yüksək ifaçılığın vəhdətində təqdim olunan bu möhtəşəm tamaşa sənətsevərlərin yaddaşında dərin təəssürat yaratdı.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
“25 il işlədim, artıq BƏSDİR”
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
Tanınmış aktrisa vəfat etdi
XƏBƏR LENTİ
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
-
Bakıda qəribə qəza: "Cip" evin damına çırpıldı - VİDEO
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
Mingəçevir su anbarında su səviyyəsi artıb
-
Boşansalar da, birlikdə tətilə çıxdılar - FOTO
-
Dünyanın ən bahalı ölkəsinin adı açıqlandı
-
Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir
-
"Napoli"nin yeni baş məşqçisi bəlli oldu
-
Xalq artistinin yeni görünüşü





