Hadisə

Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi

29 May 2026 16:08
Baxış: 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Milli.Az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb.

Ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı "Makarov" markalı tapança və patronlar aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ə.Musazadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.