Hadisə

Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO

29 May 2026 16:32
Baxış: 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir qrup Azərbaycan qeyri-hökumət təşkilatı və vətəndaş cəmiyyəti institutu ABŞ, Böyük Britaniya, Almaniya və Fransa da daxil olmaqla, dünyanın 48 ölkəsinin müvafiq dövlət qurumlarına və nazirliklərinə birgə rəsmi müraciət ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda vətəndaş cəmiyyəti sektorunun nümayəndələri İsveçrənin "Holcim" holdinqinə daxil olan "Lafarge" tikinti şirkətinin və onun Suriyadakı filialı "Lafarge Cement Syria"nın fəaliyyətindən dərin narahatlıqlarını ifadə ediblər.

Müraciətin mətninə əsasən, Suriyanın Cələbiyyə bölgəsindəki sement zavodunun rəhbərliyi 2012-2014-cü illər ərzində təhlükəsizlik sahəsində vəziyyətin kritik şəkildə pisləşməsinə və yerli işçilər üçün yaranan təhdidlərə baxmayaraq, kommersiya fəaliyyətini qəsdən davam etdirib. Şirkətin yüksək rütbəli rəhbərliyi yerlərdə operativ fəaliyyəti qoruyub saxlamaq naminə beynəlxalq terror qruplaşmaları ilə maliyyə sövdələşmələrinə gedib. Bu faktlar artıq səs-küylü məhkəmə araşdırmalarına səbəb olub. 2022-ci ilin oktyabrında "Lafarge" ABŞ federal məhkəməsində təqsirini etiraf edərək cərimə və müsadirə şəklində təxminən 778 milyon dollar ödəyib.

Bundan əlavə, 2026-cı ilin aprelində Paris Cinayət Məhkəməsi şirkətin özünü və onun dörd keçmiş rəhbərini terrorizmi maliyyələşdirməkdə təqsirli bilərək, korporasiyaya maksimum həddə cərimə, keçmiş rəhbərlərə isə real həbs cəzaları kəsib.

Məktubda göstərilir ki, azərbaycanlı ictimai xadimlər xarici hökumətlərdən "Holcim" holdinqinin öz ölkələrindəki fəaliyyəti üzərində ciddi nəzarətin təmin edilməsini tələb edirlər.

Məktub müəllifləri müstəqil, şəffaf araşdırmaların aparılmasında israr edir və bəyan edirlər ki, böyük biznesin kommersiya maraqları heç bir halda beynəlxalq hüquq normaları və humanist prinsiplərdən üstün olmamalıdır./trend.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.