Pezeşkian Azərbaycana dair tapşırıq verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İran Prezident Məsud Pezeşkian alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və qonşu ölkələrin, o cümlədən Azərbaycanın potensialından bəzi zəruri məhsulların təminatı və idxalı üçün istifadə edilməsinin vacibliyini vurğulayıb.
Milli.Az İran mediasına istinadla xəbər verir ki, bu barədə İran Prezidenti İran Mərkəzi Bankın rəhbəri və digər dövlət qurumlarının məsul şəxslərinin iştirakı ilə keçirilən müşavirədə bildirib.
Pezeşkian zəruri ərzaq malları, dərman vasitələri ilə təminatın sürətləndirilməsi və alternativ idxal marşrutlarının idarə olunması üzrə koordinasiya iclasında bazar sabitliyinin qorunması və təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə ölkənin logistika, ticarət və iqtisadi diplomatiya imkanlarının maksimum səviyyədə səfərbər edilməsinin zəruriliyini vurğulayıb.
İclasda cənub istiqamətində bəzi giriş məntəqələrində yaranmış məhdudiyyətlər nəzərə alınmaqla, ölkənin ehtiyac duyduğu əsas ərzaq mallarının, dərman vasitələrinin və digər zəruri məhsulların təminatı və idxalının son vəziyyəti ətraflı şəkildə müzakirə olunub.
İcraedici qurumlar mövcud vəziyyətin idarə olunması və alternativ marşrutların yaradılması istiqamətində görülən tədbirlər barədə hesabat təqdim ediblər.
İqtisadi blok nazirlərinin təqdim etdiyi məlumata əsasən, qonşu ölkələrlə aparılan danışıqlar və koordinasiya nəticəsində quru sərhəd keçid məntəqələrinin və alternativ nəqliyyat marşrutlarının əhəmiyyətli hissəsinin imkanları malların idxalının asanlaşdırılması və artırılması məqsədilə aktivləşdirilib və gücləndirilib. Əsas ərzaq mallarının ölkəyə daxil olması prosesi isə davamlı şəkildə izlənilir.
Prezident həmçinin ölkənin şimal limanlarının imkanlarından maksimum istifadə olunmasının, alternativ ticarət dəhlizlərinin inkişaf etdirilməsinin və qonşu ölkələrin, o cümlədən Pakistan, Rusiya və Azərbaycanın potensialından bəzi zəruri məhsulların təminatı və idxalı üçün istifadə edilməsinin vacibliyini vurğulayıb və bu sahədə əldə olunan razılaşmaların operativ şəkildə həyata keçirilməsini tapşırıb./trend.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi
-
Dünyanın ən bahalı ölkəsinin adı açıqlandı
-
Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir
XƏBƏR LENTİ
-
Yol polisindən hava şəraiti ilə bağlı SÜRÜCÜLƏRƏ MÜRACİƏT
-
Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanla bağlı bəyanat qəbul edilib
-
Sumqayıtda yük avtomobilləri toqquşdu, yaralılar var
-
Bu ölkə liderləri Ermənistanda referendum keçirilməsini dəstəkləyiblər
-
Hər il on minlərlə insan bu səbəbdən ölür
-
"Qarabağ"ın legioneri milliyə çağırıldı
-
Azərbaycanda hava dəyişdi: Yağış və güclü külək başladı - XƏBƏRDARLIQ
-
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb - FOTO
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
Günəşdə güclü partlayış baş verib
-
Pezeşkian Azərbaycana dair tapşırıq verdi
-
İşsiz kişilərin sayı qadınlardan daha çoxdur
-
Bakıda qəribə qəza: "Cip" evin damına çırpıldı - VİDEO
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
Mingəçevir su anbarında su səviyyəsi artıb
-
Boşansalar da, birlikdə tətilə çıxdılar - FOTO
-
Dünyanın ən bahalı ölkəsinin adı açıqlandı
-
Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir
-
"Napoli"nin yeni baş məşqçisi bəlli oldu
-
Xalq artistinin yeni görünüşü





