Son 10 ilin ən yaxşı 5 serialı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəqəmsal platformaların yüksəlişi ilə birlikdə televiziya dünyası son 10 ildə sözün əsl mənasında qızıl dövrünü yaşayıb.
Milli.Az xəbər verir ki, tənqidçilərin yüksək qiymətləndirdiyi və tamaşaçıların yaddaşında iz qoyan son 10 ilin ən yaxşı serialları açıqlanıb.
Siyahıda ilk yerlərdən birini "Severance" tutur. "Severance" iş və şəxsi həyat xatirələrinin bir-birindən ayrıldığı distopik dünyadan bəhs edir. Şirkət əməkdaşlarının ofisdən kənarda kim olduqlarını xatırlamaması üzərində qurulan hekayə sirr və gərginliyi ustalıqla birləşdirir. Serialın rejissoru Ben Stillerdir. Baş rollarda isə Adam Scott, Patricia Arquette və Britt Lower yer alır. Xüsusilə atmosferi və sürükləyici süjeti ilə son illərin ən çox müzakirə olunan ekran işlərindən birinə çevrilib.
Siyahıda yer alan digər məşhur ekran işi isə "Succession" olub. media imperiyasına sahib varlı bir ailənin hakimiyyət savaşını mövzu alan "Succession" müasir televiziya tarixinin ən uğurlu dramlarından biri hesab olunur. Qara yumorla ailədaxili intriqaları bir araya gətirən ekran işi sərt dialoqları və təsirli personajları ilə diqqət çəkib. Serialın yaradıcısı Jesse Armstrongdir. Aktyor heyətində isə Brian Cox, Jeremy Strong, Sarah Snook və Kieran Culkin yer alıb. Serial "Emmy" başda olmaqla çoxsaylı mükafatlar qazanıb.
"Dark"da son illərin ən uğurlu serialları sırasında göstərilib. Almaniya mənşəli "Dark" zaman səyahəti mövzusunu mürəkkəb, amma təsirli hekayə ilə təqdim edib. Kiçik bir qəsəbədə itkin düşən uşaqlardan sonra ortaya çıxan sirlər izləyicini qaranlıq və sürükləyici bir dünyaya aparır. Baran bo Odar və Jantje Friese imzalı serialın aktyor heyətində Louis Hofmann, Lisa Vicari və Oliver Masucci yer alıb.
Siyahıya daxil edilən digər layihə "The Last of Us" olub. "The Last of Us" qiyamət sonrası dünyada sağ qalma mübarizəsini emosional şəkildə ekrana gətirib. Bəşəriyyəti təhdid edən bir epidemiyadan sonra baş verən hadisələr aksiyon və dramı balanslı şəkildə təqdim edir. Serial Craig Mazin və Neil Druckmann tərəfindən hazırlanıb. Baş rolları isə Pedro Pascal və Bella Ramsey canlandırır. Layihə həm aktyor performansları, həm də vizual keyfiyyəti ilə böyük rəğbət qazanıb.
Qlobal fenomenə çevrilən "Squid Game"də siyahıda yer alıb. Cənubi Koreya istehsalı olan "Squid Game" yayımlandığı dövrdə qlobal fenomenə çevrilib. Maddi çətinlik yaşayan insanların ölümcül uşaq oyunlarında yarışmasını mövzu alan serial sosial bərabərsizlik və sistem tənqidi ilə diqqət çəkib.Serialın rejissoru Hwang Dong-hyukdir. Baş rollarda isə Lee Jung-jae, Park Hae-soo və Jung Ho-yeon çıxış edib. Gərgin səhnələri və təsirli vizualları ilə dünyanın ən çox izlənilən seriallarından birinə çevrilib.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)





