İdman

Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı

29 May 2026 19:55
Baxış: 313
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında pley-off mərhələsinə vəsiqə qazanıb.

Milli.Az Oxu.Az-a istinadən xəbər verir ki, millimiz F qrupundakı ikinci oyununda İtaliya yığmasını 3:0 hesabı ilə məğlub edib.

"Tipos Arena"da keçirilən qarşılaşmada qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar.

Qrupun digər qarşılaşmasında Fransa Avstriyanı üstələyib - 3:1.

Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq.

Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.