Putin Ermənistana xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, əgər İrəvan Avropa İttifaqına üzvlük istiqamətində fəaliyyətini davam etdirmək qərarı qəbul edərsə, Moskva Ermənistanla iqtisadi inteqrasiya sahəsində işi faktiki olaraq dayandıra bilər.
Milli. Az xəbər verir ki, o, bu barədə cümə günü Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Rusiya lideri vurğulayıb ki, Moskva Ermənistan rəhbərliyinin ölkənin maraqlarından çıxış edərək müstəqil qərarlar qəbul etmək hüququna hörmət edir.
"Mən ona [Nikol Paşinyana] bunu əvvəllər də demişdim, o bunu təsdiqləyər. Mən ona dedim ki, Ermənistan üçün yaxşı olan hər şey Rusiya üçün də qəbulolunandır və yaxşıdır. Erməni xalqının maraqlarından çıxış edərək necə lazım bilirsinizsə, elə də edin. Hazırda hakimiyyətdə sizsiniz və qərarların qəbul edilməsinə görə məsuliyyət sizin üzərinizdədir. Necə desəniz, elə də olacaq", - deyə Putin bildirib.
Bununla yanaşı, Rusiya Prezidenti qeyd edib ki, İrəvanın mümkün qərarları iki ölkə xalqları arasında münasibətlərə təsir etməyəcək.
"Hansı qərarlar qəbul olunursa-olunsun, bu, humanitar əlaqələrimizi korlamayacaq, siyasi münasibətlərimizi də pozmayacaq. Amma söhbət sırf iqtisadi mahiyyətdən gedir", - deyə o bildirib.
Putinin sözlərinə görə, müxtəlif iqtisadi mexanizmlərin və standartların uyğunlaşdırılması olduqca mürəkkəb prosesdir.
"Bəzi mexanizmləri uyğunlaşdırmaq mümkündür, bəzilərini isə yox. Bu gün bir-biri ilə müqayisə olunmayan çox şey var. Onlar birlikdə mövcud ola bilməz", - deyə Rusiya Prezidenti bildirib.
O qeyd edib ki, Avropa standartlarına keçid üçün böyük həcmdə investisiyalar və vaxt tələb olunur.
"Məsələn, Avropada mövcud olan və yəqin ki, bizimkindən daha inkişaf etmiş bəzi standartları təmin etmək üçün həmin məhsullar üzrə istehsal yaratmağa vəsait yatırmalıyıq. Eyni vəziyyət əks istiqamətdə də keçərlidir. Buna görə də bu gün və ya sabah birini digəri ilə birləşdirmək praktiki olaraq mümkün deyil", - deyə Putin qeyd edib.
Bu baxımdan, onun sözlərinə görə, Rusiya inteqrasiya xarakterli iqtisadi əməkdaşlığı məhdudlaşdırmağa məcbur qala bilər.
"Buna görə də biz bu halda iqtisadiyyat sahəsində inteqrasiya prosesləri ilə bağlı fəaliyyətimizin, demək olar ki, tamamilə dayandırılmasına məcbur olacağıq", - deyə Rusiya Prezidenti bildirib./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İstanbulda bələdiyyə rəsmisi oğurlanıb: 14 saatdır xəbər yoxdur
-
Moskva yaxınlığında “qara yağış” müşahidə olunub
-
Vilyam Hacıyevin oğlunun "Range Rover"i hərracda satıldı: Qiyməti məlum oldu
-
Pərəstu Əhmədiyə şallaq cəzası verildi
-
60-a yaxın yaşı var, gənc qızlara meydan oxuyur - (Video)
-
Bakı böyük konfransa ev sahibliyi edəcək: 40-dan çox ölkənin parlament nümayəndəsi toplanır
-
BƏƏ-də uşaqlar üçün sosial şəbəkələr bağlandı
-
"Sizin Moskvanız da yanacaq" - Rusiyaya sərt mesaj
-
"Qarabağ” “Zirə” ilə qarşılaşacaq
-
49 yaşlı dünya ulduzu fit bədəni və “robot rəqsi” ilə diqqət çəkdi - VİDEO
-
Kolleclərin qabiliyyət imtahanında kimlər iştirak edə bilər? - DİM-dən minimal bal tələbi
-
Malavi Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib
-
Rusiya Ermənistana etiraz notası göndərdi
-
Xalq artistinin müğənni qızı geyimi ilə müzakirə yaratdı (Video)
-
Ceyhun Bayramov banqladeşli həmkarı ilə telefon danışığı aparıb
-
Saatlıda çoban 2 mindən artıq heyvanı gizlicə satdı: 14 ilədək həbs gözləyir
-
Sabah çimərliklərdə dəniz suyunun temperaturu 21-24 dərəcə isti olacaq
-
Erdem Kaynarca saxlanıldı - (Foto)
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Ukraynanın müvəqqəti işlər vəkili Belarus XİN-ə çağırıldı - Rəsmi etiraz
-
Aparıcı Şəbnəm: "Xəyanət edən o qədər qadın var, quşbeyin və qudurğandırlar"
-
Həyətdəki su quyusuna görə pul verməliyik? - Rəsmi açıqlama
-
"Samara" vəfat etdi - (Foto)
-
5 nəfərlik oğurluq şəbəkəsi ifşa olundu - (Video)





