Hadisə

Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO

29 May 2026 23:09
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Paytaxtın müxtəlif ərazilərində külək fəsadlara səbəb olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində axşam saatlarında intensivləşən küləyin təsiri ilə ticarət mərkəzlərindən birinin dam örtüyü sökülərək ətrafa yayılıb. 

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin dam örtüyünün parçaları ətrafda olan bəzi avtomobillərə ziyan vurub.

Digər hadisə isə Neftçilər metro stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, küləyin təsirindən ağac "Changan" markalı avtomobilin üzərinə aşıb.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.