Hava

Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

29 May 2026 22:25
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mayın 29-u saat 21:00-a olan faktiki hava durumu açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Şuşa, Xankəndi, Füzuli, Laçın, Qubadlı, Sarıbaş (Qax), Gədəbəy, Zaqatala, Şəki, Göygöl, Ceyrançöl, Şahdağ, Şabran, Biləsuvar, Şəmkir, Gəncə, Daşkəsən, Quba, Qəbələ, Qusar, Balakən, Yevlax, Goranboy, Naftalan, Oğuz, Xaçmaz, Ağstafa, Ağdam, Tərtər, Sabirabadda arabir şimşək çaxır, yağış yağır.

Əksər yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Mingəçevirdə 28, Goranboyda 27, Daşkəsən və Gəncədə 25, Göyçayda 24, Zaqatalada 23, Oğuzda 22, Culfada 21, Neftçala, Naftalan, İsmayıllı, Şahdağ və Şərurda 20, Şəmkir, Şəki, Ağdam, Tərtər, Xızı, Beyləqan və Yardımlıda 18, Ağstafa və Bərdədə 16, Tovuz və Şahbuzda 15 m/s-dək güclənir.

Saat 18:40-19:00-da Qax rayonunun İlisu kəndinə diametri 15-20 mm, saat 19:02-19:04-də Şəki rayonuna diametri 8-10 mm, saat 19:33-19:52-də Oğuz rayonunun Qarabulaq və Böyük Söyüdlü kəndlərinə diametri 15-30 mm, saat 19:40-19:50-də Qəbələ rayonuna diametri 8-10 mm, saat 20:02-20:05-ə Xınalığa diametri 5-7 mm, saat 20:29-20:32-də Tərtər şəhərinə diametri 0.8 mm, saat 19:50-də Şəmkir rayonuna, rayonun Zəyəm qəsəbəsinə, eyni zamanda Çənlibel, Əliyaqublu, Keçili, Çaparlı, Sabirkənd, Çaykənd, Yeni Göyçə, Bayramlı, Atabəy, Aşağı Seyfəli, Qasımalılar, Zəyəm Cırdaxan kəndlərinə dolu düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.