Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər belə nəticəyə gəliblər ki, insan başının mərkəzində yerləşdiyi deyilən sirli "üçüncü göz" əslində mövcud olub, lakin milyonlarla illik təkamül nəticəsində formasını dəyişib.
Milli.Az xəbər verir ki, "Daily Mail" nəşrinin yazdığına görə, Böyük Britaniya və İsveç alimləri insanın ən qədim əcdadlarında həm yan tərəflərdə yerləşən gözlərin, həm də başın mərkəzində işığa həssas xüsusi strukturun mövcud olduğunu müəyyən ediblər. Tədqiqatçılar bu qədim orqanı "əcdadların mərkəzi gözü" adlandırıblar və hesab edirlər ki, insanın mənşəyinə yaxın canlı növlər təxminən 500 milyon il əvvəl yan gözlərini itirdikdən sonra məhz bu orqana güvəniblər. Araşdırmaya görə, bu qədim onurğasız canlılar torpaq altında yuva qazır, görmə qabiliyyətini itirdikdən sonra işığı hiss etmək üçün həmin mərkəzi orqandan istifadə edirdilər.
Qədim Yunanıstan dövründən həkimlərə məlum olan epifiz vəzi (şişəbənzər vəzi) uzun müddət gözlərdən müstəqil inkişaf etmiş orqan hesab edilirdi. Lakin yeni araşdırmalar göstərib ki, bu struktur insan əcdadlarının istifadə etdiyi görmə sistemi ilə əlaqəlidir. Bu gün həmin "üçüncü göz"ün qalıqları insan beynində epifiz vəzi formasında qalır. Artıq o, həqiqi göz sayılmasa da, pinealosit adlanan xüsusi hüceyrələrdən ibarətdir. Bu hüceyrələr melatonin hormonu ifraz edir və orqanizmə gecənin başladığını, istirahət vaxtının çatdığını bildirir./lent.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Alimlər insan bədənində gizlənmiş üçüncü gözü aşkar etdilər
-
İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?
-
Bunu mütləq yoxlayın - Kababın dadına doymayacaqsınız
-
Banan qabığının faydaları: evdə istifadə etməyin 10 üsulu
-
Yay mövsümünün ən dəbli kombinləri
-
İdeal yuxu vaxtına diqqət edin
-
Putin Ermənistana xəbərdarlıq etdi
-
Külək paytaxtda fəsadlara səbəb oldu - FOTO
-
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna ağac aşdı
-
Dünyanın ən bahalı futbol klublarının reytinqi açıqlandı
-
Azərbaycanda məktəb direktoru vəfat edib
-
Küləyin sürəti güclənib, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batdı
-
Milyonlarla izləyicisi olan iti oğurlayıb yedilər
-
“Uzak Şehir”in ulduzları arasında gizli münasibət ortaya çıxdı
-
Instagrama pullu abunəlik Rusiyada ekstremistlik sayılacaq
-
Mingəçevirdə külək ağacları aşırdı, yollar bağlandı
-
Ukraynada azərbaycanlı meri bıçaqlayan TUTULDU
-
Tramp İrandan tələblərini açıqladı
-
ÇL-in finalı olan şəhərdə Nərimanın forması sərgiləndi - FOTO
-
341 il sonra tarixi qərar – insanı mal hesab edən qanun ləğv olundu
-
COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi
-
"Başqa mahnı olsaydı, finala keçərdik"
-
Avropa çempionatı: Azərbaycan millisi növbəti mərhələyə adladı





