İdman

Ronaldu 45 yaşında dünya çempionatında oynayacaq

14 Aprel 2026 11:25
Baxış: 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Əl-Nəsr"in və Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştianu Ronaldu 2030-cu il dünya kubokunda iştirak etmək ehtimalı barədə danışıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, 2030-cu dünya çempionatına ev sahibliyi edən ölkələrdən biri də Portuqaliya olacaq.

"Mən 2030-cu il dünya çempionatında oynamaq imkanından əl çəkməmişəm. 41 yaşımda hər həftə qol vururam, ona görə də bəlkə daha dörd il oynaya bilərəm", - deyə DAZN sosial mediada Ronaldunun sözlərini sitat gətirib.

2030-cu il dünya çempionatı 6 ölkədə keçiriləcək: Uruqvay, Argentina və Paraqvay açılış matçlarına ev sahibliyi edəcək, turnirin əsas hissəsi isə İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Portuqaliyanın dünya çempionatında hazırkı ən yaxşı nəticəsi 1966-cı ildə üçüncü yerdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.