"Kapital Bank" enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir.
Milli.Az xəbər verir ki, bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.
Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalan bu müqavilənin verəcəyi töfhələri vurğulayıb. Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.
Fərid Hidayətzadə isə çıxışında yaşıl layihələrin maliyyələşdirilməsinin Kapital Bank üçün prioritet istiqamətlərdən olduğunu qeyd edib. O, bildirib ki, bu çərçivədə sahibkarlara yaşıl kreditlər təqdim olunur, günəş panelləri və elektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələr dəstəklənir. Həmçinin o, EMTA ilə imzalanan əməkdaşlıq müqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinə xidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəsinə və yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcəyini qeyd edib.
Ölkənin birinci bankı "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
XƏBƏR LENTİ
-
Azərbaycanda pensiyalarla bağlı yenilik
-
"Qalatasaray" ilk transferini etməyə hazırlaşır
-
Təmizlik xərclərindən qurtulmaq istəyən unitaza 1 şüşə töksün
-
Kadir İnanırın vəziyyəti ağırdır
-
FIFA buna görə “Qarabağ”a transfer qadağası qoyubmuş
-
Hande "Kann"a Azərbaycan brendi ilə qatıldı - FOTO
-
Hava limanı WUF13 dövründə gücləndirilmiş rejimdə işləyəcək
-
ÜST hantavirusun daha çox yayılması ilə bağlı xəbərdarlıq edib
-
"Şəfa" çempion oldu, Premyer Liqaya yüksəldi
-
Xalq artisti Şuşaya gedə bilmədi: “Gecə ilə evə qayıdıram, atamın yanında olmalıyam” - FOTO
-
“Xarıbülbül” festivalı Səkinə İsmayılova və tələbələrinin konserti ilə başa çatıb - VİDEO - FOTO
-
Ailəsi üçün öz xəyallarından əl çəkən 3 bürc
-
"Mənə yaxınlaşıb dedilər ki, Zaurla evlənsəniz..."
-
Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək
-
Təbiətə 124 min manata yaxın ziyan vuruldu
-
1988-ci ilin binası sökülür – Sakinləri kirayə evlərə köçürüldü
-
Zelenski: Rusiya Prezident Ofisinə zərbə endirməyə hazırlaşır - FOTO
-
Qurban bayramı namazının vaxtı açıqlandı
-
“Hətta indi kişi olmaya bilərdim”
-
Neymar görün haranın vətəndaşlığını aldı
-
Fatma Mahmudovanın qızı nişanlandı
-
TDT-yə üzv dövlətlərin başçıları Türküstan Bəyannaməsini imzalayıb
-
Maksimum balı o topladı
-
Hantavirusu evdə belə yoxlamaq olar





