İdman

“Uşaqlıq arzum “Qarabağ”da gerçəkləşdi”

14 Aprel 2026 15:00
Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan futbol millisinin və "Qarabağ"ın sabiq üzvü Riçard Almeyda Braziliya mətbuatına geniş müsahibə verib. Hazırda vətənində "XV de Piracicaba" klubunda çıxış edən 36 yaşlı yarımmüdafiəçi ölkəmizdəki karyerası barədə maraqlı faktlar açıqlayıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Almeyda "Qarabağ"ın tarix yazdığı 2017/18 mövsümünü xüsusi qeyd edib. O, "Çelsi", "Roma" və "Atletiko" kimi nəhənglərlə bir qrupda mübarizə aparmağı uşaqlıq arzusunun reallaşması kimi dəyərləndirib:

"Uşaq olanda atama Çempionlar Liqasında oynamaq istədiyimi deyirdim. Allaha şükür ki, buna "Qarabağ"la nail oldum. Səkkiz il pley-off mərhələsində mübarizə apardıqdan sonra qrup mərhələsinə vəsiqə qazanmaq əməyimin bəhrəsi idi. "Stamford Bric" və "Olimpiko" kimi stadionlarda oynamaq möhtəşəm hissdir".

Braziliyalı oyunçu Azərbaycanda keçirdiyi 14 ilə yaxın vaxt ərzində hər zaman baş məşqçi Qurban Qurbanovun etimadını hiss etdiyini bildirib:

"Klubda həm meydanda, həm də ondan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, paltardəyişmə otağında komanda yoldaşlarımı dəstəkləmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.