"Yığıb deyir ki, mənə görə üstünə "təcili yardım" gəlir" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni Vəfa Şərifova açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi sosial şəbəkədə etdiyi paylaşımda ona qarşı qısqanclıq göstərdiyini iddia etdiyi həmkarına sərt sözlər ünvanlayıb. İfaçı bildirib ki, qarşı tərəfin prodüseri onun prodüserinə zəng edərək səhhətində problemlər yaşadığını deyib.
Şərifova bu iddialara ironik yanaşaraq belə deyib: "Deyirlər ki, 3 gündür təzyiqi düşmür, təcili yardımlar gəlib-gedir. Mən iş görməyim ki, sən pis olursan? Belə şey olmayıb, tarixdə də yoxdur".
Müğənni əlavə edib ki, son konsertindən sonra yayılan görüntülərə yazılan mənfi rəylərdən sonra bu mövzuya münasibət bildirmək qərarına gəlib. O, həmkarlarına çağırış edərək özlərinə və dinləyicilərinə hörmətlə yanaşmalarını tövsiyə edib.
Vəfa həmçinin köməkçisinə zəng olunaraq belə sözlər deyilməsinə etiraz edib: "Köməkçimi yığıb üzərinə ağlamayın, onu ruhdan salmayın".
Sənətçi səsləndirilən bəzi iddialara da aydınlıq gətirərək qeyd edib ki, konsertdə təqdim olunan güllər və digər məsələlərin onunla əlaqəsi düzgün yozulmur və artıq bu mövzuların mənasız olduğunu düşünür:
"Onun prodüseri mənim prodüserimə zəng edib deyir ki, 3 gündür təzyiqi düşmür, təcili yardımlar gəlib-gedir. Mən iş görməyim ki, sən pis olursan? Belə dərdi heç kim yaşamır, tarixdə də belə şey olmayıb. Konsert vermişəm, nə etmişəm ki? Səhifələr konsertdən görüntülər paylaşdı, mənfi rəylər gördüm, ona görə də elə yazdım. Bəsdir, ayıbdır! Özünüzə hörmət qoymursunuzsa, heç olmasa dinləyicilərinizə qoyun - sizin də öz kütləniz var. Mənim köməkçimi yığıb üzərinə ağlamayın, onu ruhdan salmayın. Konsertdəki güllər mənə edilən jest idi, o musiqiçi vaxtilə mənimlə işləyib - bunun nə əlaqəsi var? Artıq bu söhbətlər mənasızdır".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.
Musa
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





