Azərbaycanlı milyarderlər harada və necə qazanırlar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən zəngin iş adamlarının siyahısı açıqlanıb. Belə ki, siyahıda azərbaycanəsilli milyarderlər də yer alır.
Milli.Az Modern.az-a istinadən xəbər verir ki, reytinqə əsasən, dünyanın ən varlı iş adamları sırasında Vahid Ələkbərov 81-ci pillədə qərarlaşıb və onun sərvəti 29,5 milyard dollardır. Vahid Ələkbərovun uğur yolu sadə işçi kimi başlayıb. O, əvvəlcə Xəzər dənizində neft platformasında işləyib, daha sonra Sovet dövründə neft sənayesinə rəhbərlik edən qurumda nazir müavini vəzifəsinə qədər yüksəlib. 1991-ci ildə o, üç böyük neft yatağını birləşdirərək Lukoil şirkətini yaradıb. Bu gün şirkət Rusiyanın ən iri müstəqil neft istehsalçılarından biridir. Ələkbərov uzun illər bu şirkətə rəhbərlik edib və onun təxminən 30 faizinə sahib olub. 2014-cü ildə Lukoil ABŞ sanksiyalarına məruz qalıb. 2022-ci ildə isə Böyük Britaniya tərəfindən sanksiya tətbiq olunduqdan sonra Ələkbərov şirkət prezidenti vəzifəsindən ayrılıb. Həmin il o, Niderlanddakı Heesen Yachts zavodundakı payını da fonda ötürüb.
837 və 838-ci yerlərdə isə Qod Nisanov və Zarah İliyev yer alır. Onların hər birinin sərvəti 5,1 milyard dollardır.
Qod Nisanov və Zarah İliyev Rusiyanın paytaxtı Moskvada ən böyük daşınmaz əmlak sahiblərindən hesab olunurlar. Azərbaycandan köçən tərəfdaşlar burada iri ticarət mərkəzləri, hotellər və yaşayış kompleksləri tikiblər. Onların ümumi daşınmaz əmlak portfeli təxminən 14 milyon kvadrat metr təşkil edir. Sahibkarlar Moskvada böyük topdansatış mərkəzi - "Food City"ni yaradıblar və şəhər ətrafında bir sıra iri ticarət obyektlərinə sahibdirlər. Zarah İliyev həmçinin məşhur "Radisson Royal Moscow" otelinin ortaq sahibidir. Bu hotel 2018-ci ildə keçirilən futbol üzrə dünya çempionatı zamanı FIFA-nın əsas qərargahlarından biri kimi istifadə olunub.
Siyahının 2386-cı pilləsində isə Fərhad Əhmədov qərarlaşıb və onun sərvəti 1,7 milyard dollar təşkil edir. Fərhad Əhmədov biznes fəaliyyətinə Londonda xəz satışı ilə başlayıb. 1987-ci ildə o, qaz sənayesi üçün avadanlıq təmin edən şirkət yaradıb. Daha sonra Sibirdə fəaliyyət göstərən "Nortgas" şirkətində pay alaraq enerji sektorunda mövqeyini gücləndirib. 1998-ci ildə şirkətdə əsas pay sahiblərindən birinə çevrilən F.Əhmədov 2012-ci ildə bu payını 1,4 milyard dollara satıb. Onun adı daha çox Böyük Britaniyada keçmiş həyat yoldaşı ilə bağlı uzunmüddətli məhkəmə çəkişməsi ilə gündəmə gəlib. Məhkəmə ona 454 milyon funt sterlinq ödəmək qərarı çıxarsa da, bu mübahisə yalnız 2021-ci ildə razılaşma ilə başa çatıb. 2022-ci ildə o da Avropa İttifaqı və Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. Həmin ilin yayında onun "Luna" adlı lüks yaxtası Almaniyada dondurulub. Lakin 2023-cü ilin sentyabrında Avropa İttifaqı Əhmədova qarşı sanksiyaları ləğv edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Toyuq filesinin qiyməti 10 manata qalxdı
-
"ADEX 2026"da ilk dəfə Azərbaycanın "Arrow 3" kamikadze dronu sərgilənib - (Foto)
XƏBƏR LENTİ
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı





