"Kəpəz" dünən Premyer Liqanın 8-ci turunun açılış matçında "Şamaxı"nın qonağı oldu.
Gəncə təmsilçisi 4:1 hesablı qələbəylə uğursuz seriyaya son qoydu.
Mövsümdə ilk dəfə 3 xal əldə edən "sarı-göylər"in baş məşqçisi Azər Bağırov bildirib:
"Bu qələbəni azarkeşlərimizə, xüsusən də, Babəkə həsr edirəm. Çətin oyun olacağını bilirdik.
Hələ heç nə etməmişik. "Şamaxı" necə oynayacağını bilən komandadır.
Yaxşı ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirdik. Babək Gəncədən gələndə mənə demişdi ki, Azər müəllim, qələbə qazanacağıq.
Bu da mənə əlavə motivasiya oldu. Ona görə onu xüsusi vurğuladım.
İşimiz çoxdur. Paltardəyişmə otağında da dedim, hələ heç nə etməmişik.
Komandam hələ ki, "rels"ə düşməyib. Yəqin ki, qışı gözləyəcəyik. Çünki səhv etmək istəmirik. Güclənməyimiz mütləqdir".
Azər Bağırovun adını çəkdiyi Babək kimdir? Klubun mətbuat xidmətinin keçmiş rəhbəri Azad Mustafayev onun fotosunu yayıb.
Milli.Az