İdman

"Real" qalib gəldi, Arda oyunun ən yaxşısı seçildi

17 Yanvar 2026 19:42
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının 20-ci turunda "Real Madrid" "Levante"ni qəbul edib.

Milli.Az xəbər verir ki, Kral klubunun yeni baş məşqçisi Alvaro Arbeloa üçün ölkə çempionatındakı debüt matçı uğurlu olub.

Meydan sahiblərinin hücumçusu Kilian Mbappe 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb. 65-ci dəqiqədə müdafiəçi Raul Asensio komandanın üstünlüyünü artırıb - 2:0.

Qarşılaşmada qollardan birinin asisti Arda Gülər oyunun ən yaxşısı seçilib.

Hazırda "Real" 48 xalla yarış cədvəlinin ikincisidir. "Levante" isə 14 xalla sondan ikinci - 19-cu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.