İstanbul Baş Prokurorluğu tərəfindən bir neçə məşhur şəxsə qarşı "narkotik və ya stimullaşdırıcı maddədən istifadə" şübhəsi ilə aparılan istintaq çərçivəsində yeni detallar üzə çıxıb.
Milli.Az xəbər verir ki, oktyabrın 8-də səhər saatlarında keçirilən əməliyyatdan sonra bəzi tanınmış şəxslərdən, o cümlədən Talu bacılarından - Deren və Derin Taludan qan və saç nümunələri götürülüb.
İddialara görə, analiz nəticələrində bacıların orqanizmində narkotik maddə izləri aşkarlanıb. Lakin Talu bacıları bu xəbərləri qəti şəkildə təkzib edib və sosial media hesablarında açıqlama yayıblar.
"Mən bu iddia edilən nəticələrdən şokdayam. Həyatımda heç vaxt narkotik istifadə etməmişəm və sınamamışam. Saçlarımda tapıldığı deyilən nəticələr tamamilə yanlışdır. Bir insanın reputasiyasını ləkələmək bu qədər asandırmı?"
Model həmçinin qeyd edib ki, qanında aşkar edilən sertralin maddəsi, onun antidepresan istifadəsi ilə bağlıdır:
"Qanımdakı sertralin qəbul etdiyim antidepresandandır. Təəccüblüdür ki, bu, yeganə doğru nəticədir. Çünki bir daha anladım ki, bu ölkədə antidepresan qəbul etmədən yaşamaq mümkün deyil" .
Deren Talu açıqlamasının sonunda müstəqil laboratoriyada yenidən testdən keçəcəyini və adının "ləkələnməsinə icazə verməyəcəyini" vurğulayıb.
Qeyd edək ki, məlumata əsasən, Dilan Polat, Derin Talu, Deren Talu, Berrak Tüzünataç və Birce Akalayın saç nümunələrində kokain, Kubilay Aka, Metin Abdülger və Kaan Yıldırımda isə kannabis (kenevir) tərkibli maddələr aşkarlanıb.
Fidan
Milli.Az