Ölkə

Bakıda ailə evindən çıxarıldı - Övladları küçədə dərs oxuyurlar - VİDEO

18 Oktyabr 2025 11:12
Baxış: 752
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar... Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata...

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir.

Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hissəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.

Ev sakini Esmira Şahbazova deyir ki, bu dörd gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib-gedən də qəribə baxır.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.