İdman

Əfsanəvi futbolçu 1 qol da vursa Ronaldonu geridə qoyacaq - FOTO

17 Oktyabr 2025 22:19
Baxış: 9 424
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İngiltərə futbolunun tanınmış hücumçularından olan Ceymi Kyurton 50 yaşında olmasına baxmayaraq karyerasını davam etdirir və yeni klubla müqavilə imzalayıb. Əgər təcrübəli futbolçu yeni komandasında bir qol da vurmağı bacarsa, İngiltərə futbol tarixində misli görünməmiş rekorda imza atacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 1993-cü ildən peşəkar futbolçu kimi çıxış edən Kyurton indiyədək Premyer Liqadan 9-cu liqaya qədər bütün liqalarda qapıları rəqib üçün yol edib. İndi isə o, 10-cu liqa təmsilçisi King's Park Rangers klubuna transfer olunub. Yeni komandasında qol vuracağı təqdirdə Premyer Liqadan 10-cu liqaya qədər hər səviyyədə qol vuran ilk və yeganə futbolçu kimi tarixə düşəcək.

Karyerası ərzində 32 fərqli transfer həyata keçirən əfsanə hücumçu 1000-dən çox oyunda iştirak edib və təxminən 400 qol vurub. King's Park Rangers forması ilə ilk oyununa sabah çıxacağı gözlənilir.

BBC-yə verdiyi açıqlamada Kyurton futbolun onun həyatını necə dəyişdirdiyini belə ifadə edib: "Çətin mühitdə böyümüşəm. Futbol olmasaydı, bəlkə də başqa yola düşəcəkdim. 50 yaşımda hələ də oynayacağımı heç düşünmürdüm. Buna görə çox minnətdaram. Ümid edirəm ki, daha 10-15 il meydanda olmasam da, məşqçi kimi bu oyunun içində qalacağam."

Kyurton karyerası ərzində İngiltərənin müxtəlif liqalarında və Cənubi Koreyada çıxış edib. Oynadığı klublardan bəziləri:

Norwich City

Bournemouth

Bristol Rovers

Reading

Busan I'Cons (Cənubi Koreya)

QPR

Swindon Town

Colchester

Barnsley

Exeter City

Leyton Orient

Cheltenham Town və daha onlarla klub

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.