İdman

Milli güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

19 Oktyabr 2025 00:06
Baxış: 244
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının (AMİNA) birgə təşkilatçılığı ilə yeniyetmə və böyüklər arasında milli güləş üzrə ölkə çempionatı keçiriləcək.

Milli.Az-ın məlumatına görə, bu barədə Assosiasiyanın mətbuat xidməti bildirib.

Məlumata əsasən, turnir Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Yarışda paytaxt və rayonların müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından olan güləşçilər medallar uğrunda mübarizə aparacaq.

Çempionatın əsas məqsədi müvafiq yaş qrupları üzrə gələn il üçün Azərbaycan yığmasının tərkibini müəyyənləşdirmək, eyni zamanda yeniyetmələr və böyüklər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin milli güləşin kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Qeyd edək ki, yarış noyabrın 16-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.