Muğam ifaçısı Səbinə Ərəbli izləyicilərindən birinin ona yazdığı mesajları sosial şəbəkədə yayımlayıb.
Milli.Az xəbər verir ki, qadının yazdığı "Yaxşı adamın var, Səbinə. Sakit qız nə yaxşı dil açmısan? Necə tez o qədər irəli getdin? Bu yaşda Qarabağ Universitetində müəllimsən" sözləri ifaçını əsəbiləşdirib.
Səbinə yazışmaları yayımlayaraq "Bu, yaşından, başından utanmayanı tanıyan var?" sözlərini yazıb.
O, daha sonra qadının əlaqə nömrəsini tapdığını bildirib.
Milli.Az