İdman

Kamilo Duran: "Atletik Bilbao" səfərinə üç xal qazanmaq üçün gedirik"

18 Oktyabr 2025 00:47
Baxış: 535
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandaya xeyir vermək istəyirəm".

Milli.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın hücumçusu Kamilo Duran "Turan Tovuz"la oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

O, qeyd edib ki, hər zaman məşqçinin tapşırıqlarına uyğunlaşmağa çalışır:

"Qurban Qurbanov məni hansı mövqedə oynatsa, komandama xeyir vermək üçün əlimdən gələni edəcəyəm. Bu, mərkəzdə, yaxud cinahda olmağımdan asılı olmayaraq həmişə belə olacaq".

Futbolçu eyni zamanda "Qarabağ"ın 'Atletik Bilbao"ya qarşı oyunundan da danışıb:

"Atletik Bilabo" üçün əlavə şərhə ehtiyac yoxdur. Onların güclü komanda olduğunu bilirik. Bununla belə, biz ora üç xal qazanmaq üçün yollanırıq".

Qeyd edək ki, "Qarabağ"ın "Atletik Bilbao"ya qarşı oyunu oktyabrın 22-si saat 20:45 də start götürəcək.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.