Türkiyənin məşhur sənətçisi Əmrah yalnız karyerası ilə deyil, həm də iş dünyasındakı uğurları ilə diqqət çəkib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, uzun illər musiqi və film sektorunda qazandığı gəliri daşınmaz əmlak investisiyalarına yönəldən sənətçinin İstanbul və Bodrumda 300-dən çox mənzili olduğu və bu mənzillərdən 10 milyon lirə kirayə gəliri əldə etdiyi iddia edilir.
Əmrahın İstanbulda 3 milyon dollara aldığı idman kompleksi də var.
Həmin kompleksdə 12 mağaza və dubleks mənzilllər də mövcuddur.
Fidan
Milli.Az