Dünya

Liderlərin şam yeməyi FOTOsu dünyada gündəm oldu

30 Yanvar 2025 14:06
Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Finlandiya, Norveç, İsveç və Danimarka liderləri şam yeməyində bir araya gəliblər. Danimarkanın baş naziri Mette Frederiksenin evindəki sadə yemək süfrəsi diqqət çəkib.

Milli.Az xəbər verir ki, dörd ölkənin başçısı ABŞ prezidenti Donald Trampın almaqda israrlı olduğu Qrenlandiya ilə bağlı görüş keçirib.

Danimarkanın baş naziri Mette Frederiksen həmkarlarını - İsveçin baş naziri Ulf Kristerson, Norveçin baş naziri Jonas Qar Stere və Finlandiya prezidenti Aleksandr Stubbı evində sadə şam yeməyində qəbul edib.

Mette Frederiksenin evindəki şam yeməyini Avropa mətbuatı "Skandinaviya sadəliyi" kimi təqdim edib.

Frederiksen sosial media hesabında yayımladığı foto və mesajında ​​bunları yazıb:

"Bu axşam Baş Nazirlikdəki görüşümdən sonra Finlandiya, Norveç və İsveçdən olan skandinaviyalı həmkarlarımı evimdə şam yeməyində qonaq etdim. Bugünkü görüşümüzdə müdafiə və təhlükəsizlik sahəsində regional əməkdaşlığımızı müzakirə etdik. Ortaq dəyərləri paylaşdığımız bir çox yaxın müttəfiqimiz var və daha da güclənmək yolundayıq". /publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.