"XUruguay" mağazalar şəbəkəsi (Uruqvay) təsadüfən dünyanın ən çox gözlənilən videooyunlarından sayılan "GTA VI" (Grand Theft Auto) reliz tarixini açıqlayıb.
Trend xəbər verir ki, bu barədə "80LV" nəşri yazır.
Şəbəkənin saytında dərcl olunan məlumata görə, dünyanın ən məşhur oyun saqalarından hesab olunan Grand Theft Autonun sayca 6-cı hissəsi PlayStation 5 konsulları üçün 17 sentyabr 2025-ci ildə satışa çıxarılacaq.
Bu məlumat saytda çox qalmayıb, çox keçmədən onu silmək qərarına gəliblər.
2023-cü ilin sonunda istehsalçı "Take-Two" şirkəti oyunun 2025-ci ilin payızında satışa çıxarılacağını bildirsə də, dəqiq reliz tarixini elan etməmişdi.
Milli.Az