Ölkə

Piyada keçidləri də işıqlandırılacaq

31 Yanvar 2025 00:37
Baxış: 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı təsdiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Proqramınında Bakıda piyada keçidlərinin işıqlandırılması da nəzərdə tutulub. Bundan başqa, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər də görüləcək.

Bunun 2025-ci il ərzində reallaşdırması planlaşdırılır.

İşin icrası Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.