Son illərdə uşaqlarda ekran qarşısında çox vaxt keçirmə, yuxu rejiminin pozulması, məktəb stressi və qeyri-sağlam qidalanma səbəbindən baş ağrısı halları xeyli artıb. Uşaq Neyroloqu Prof. Dr. Nur Aydınlı bildirir ki, baş ağrısının sadə səbəbləri ola biləcəyi kimi, ciddi xəstəliklərə işarə edən təhlükəli səbəbləri də ola bilər.
İbtidai sinifdə oxuyan uşaqların yarısı, yuxarı yaş qrupunda olan uşaqların isə təxminən üçdə ikisi müxtəlif tezliklərlə baş ağrısı yaşayır.
Bəzən bu ağrı aclıq, susuzluq kimi sadə səbəblərlə əlaqəli olur, bəzən isə orqanizmə ciddi siqnal verir.
Prof. Dr. Aydınlı uşaqlarda baş ağrısına səbəb olan əsas faktorları sadalayır:
Yuxu və qidalanma pozğunluğu
Kifayət qədər yatmamaq
Gec yatıb, gec oyanmaq
Aclıq və susuz qalmaq
Düzgün yuxu və qida rejimi ağrıları azalda bilər.
Psixoloji stres və gərginlik
Məktəb təzyiqi
Dostlarla münasibət problemləri
Ailə içi gərginlik
Miqren
Uşaqlarda tez-tez rast gəlinir
Zoquldadan, çox vaxt bir tərəfli ağrı
İşıq və səsə həssaslıq, ürəkbulanma müşahidə oluna bilər
Miqreni stress, aclıq, yuxusuzluq başladır.
Görmə problemləri
Uzun müddət telefon, planşet və kompüterə baxmaq göz yorğunluğu baş ağrısına səbəb ola bilər. Mütəmadi göz müayinəsi vacibdir.
Sinüzit və infeksiyalar
Burun tutulması, üzdə ağırlıq və təzyiq hissi ilə birlikdə baş ağrısı olur
Baş zədələri
Kəllədaxili təzyiq artması
Nadir hallarda şiş və ciddi nevroloji problemlər
Bu əlamətlər varsa dərhal həkimə müraciət edin
- Ağrı ani başlayıb şiddətli şəkildə davam edirsə
- Ağrıya qusma, görmə pozğunluğu, huş dəyişiklikləri qoşulursa
- Uşağı yuxudan oyandıracaq qədər güclü ağrı varsa
- Səhərlər daha çox hiss olunan ağrı müşahidə olunursa
- Baş zədəsindən sonra baş ağrısı yaranıbsa
- Ağrı ağrıkəsicilərə cavab vermirsə
- Həftədə 2 və daha çox təkrarlanırsa
Lalə Qüdrətova
Milli.Az