2026-cı ildə bütün dünya qarışıqlıq içində olacaq. Əsas məsələ Tanrıya, kilsəyə, Rusiyaya, dövlətə, rus xalqına və ali hakimiyyətə inanmaqdır.
Milli.az xəbər verir ki, bunu rusiyalı filosof Aleksandr Dugin deyib.
"Bizim üçün işlər elə də asan deyil, amma hazırda heç kim üçün asan deyil. O cümlədən Tramp, Netanyahu, Avropa Birliyi və Kiyev. Fələstin, Venesuela, İran, Suriya, Livan və Yəməndən heç danışmıram.
Bu il dünyada demək olar ki, hər kəs ölümcül bir sınaqla üzləşəcək. Və bu sınaqlarda ən vacib şey ideyadır. Bütün gücümüzlə Rusiya ideyasına yapışmalıyıq. Bu, mütləq şimala işarə edən bir bələdçi, bir vektor, bir maqnit iynəsidir. Əsas, dərin bir şey qərarlaşdırılacaq, artıq qərarlaşdırılır", - Dugin bildirib.
Milli.Az





