Ermənistan

Ermənistana təhvil verilən Vaqif Xaçatryandan ilk AÇIQLAMA

15 Yanvar 2026 09:19
Baxış: 1 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vaqif Xaçatryanın əhvalı yaxşıdır, hazırda vətəni Ermənistandadır və səbirsizliklə qohumları ilə görüşü gözləyir".

Milli.Az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, Bakıda həbsxanadan Ermənistana gətirilən Vaqif Xaçatryan bu gün xəstəxanaya aparılıb və orada müayinədən keçib.

"Hazırda müayinədən keçir. Bilirik ki, onun xroniki ürək xəstəliyi var idi, ona görə də əlavə müayinələr aparmalıyıq. Peşəkar komandamız sonrakı müalicə kursu ilə bağlı qərar verəcək. Hazırda onun vəziyyəti normaldır. Dedi ki, Ermənistanda yaxşıyam", - nazir bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David  və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verilib. /Savashmedia.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.